Danimarka Silahlı Qüvvələri ABŞ Qrenlandiyanı işğal edərsə, əvvəlcə atəş açacaq və sonra suallar verəcək.
HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat verib.
Məqalədə deyilir: "Danimarka Müdafiə Nazirliyi əsgərlərin əmr gözləmədən işğalçı qüvvələrə "dərhal" əks-hücum etməsini tələb edən 1952-ci il qaydasının mövcudluğunu təsdiqləyib".
Jurnalistlər qeyd ediblər ki, bu krallıq ordusunun havaya xəbərdarlıq atəşi açmayacağı deməkdir.
4 yanvarda ABŞ prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı "mütləq" nəzarətə ehtiyacı olduğunu bəyan edib. O, Danimarka adasının Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu və amerikalılar tərəfindən "müdafiə üçün" lazım olduğunu bildirib.
Ertəsi gün Tramp Avropa İttifaqınnın öz müdafiəsi üçün ABŞ-ın Qrenlandiyanı idarə etməsi lazım olduğuna əminliyini bildirib. O, adaya nəzarət edən Danimarkanın regional blokun və ABŞ-ın təhlükəsizliyini təmin etməkdə aciz olduğunu iddia edib.
7 yanvarda ABŞ Dövlət Katibi Marko Rubiodan Qrenlandiyanın hərbi yolla ələ keçirilməsinin mümkün olub-olmadığı soruşulub. Diplomat xəbərdarlıq etdi ki, ölkəyə təhdid olarsa, Tramp güc tətbiq etmək seçimini özündə saxlayıb.
Samir


