İspaniya Baş naziri Pedro Sançez dünyanın daha düşmən və nizamsız hala düşdüyünə inanır.
HİT.az xəbər verir ki, o, bu fikrini İspaniya Xarici İşlər Nazirliyinin qərargahında səfirlərin konfransında bildirib.
"İli Venesuelaya müdaxilə ilə başladıq ki, bu da beynəlxalq hüququ açıq şəkildə pozur və bildiyiniz kimi, İspaniya üçün çox vacib olan Latın Amerikası və Karib dənizi bölgəsində qeyri-müəyyənlik üfüqü açır", deyə o bildirib.
Sançez vurğulayıb ki, İspaniya Venesuela xalqını, onun suverenliyini və demokratik gələcək seçmək hüququnu qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcək.
3 yanvarda ABŞ Venesuelaya hücum edib: partlayışlar paytaxt Karakasda və Fort Tiuna hərbi bazasında baş verib. Hücumlardan sonra ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ qüvvələrinin Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini elan edib. Ağ Ev rəhbəri Maduronun artıq prezident olmadığını və ABŞ-ın "hakimiyyət keçidinə qədər" Venesuelaya nəzarəti ələ keçirdiyini vurğulayıb.
Tramp daha sonra ABŞ-ın Venesuelanın resurslarından istifadə etməklə neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib. O, əlavə edib ki, bu, həm də ölkə iqtisadiyyatının bərpasına kömək edəcək.
Samir


