Cənubi Koreya hakimiyyəti 2024-cü ilin dekabr ayında hərbi vəziyyət hadisələrində iştirakına görə Hərbi Əks-kəşfiyyat Komandanlığını ləğv etməyi planlaşdırır.
HİT.az-ın məlumatına görə, bu barədə xüsusi komissiyanın sədri Hong Hyun-ik bildirib.
"Biz Hərbi Əks-kəşfiyyat Komandanlığının ləğv edilməsini, təhlükəsizlik araşdırmaları, əks-kəşfiyyat və təhlükəsizlik yoxlamaları da daxil olmaqla funksiyalarının başqasına verilməsini və ya tamamilə imtina edilməsini tövsiyə etdik", deyə o bildirib.
2025-ci ilin iyul ayında Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yul üçün həbs qərarı çıxarıb. Qərar onun 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlıdır. O zaman prezident qərarını "Şimali Koreya tərəfdarı qüvvələrin aradan qaldırılması və azad konstitusiya quruluşunun qorunması" zərurəti ilə izah etmişdi. Bir neçə saat sonra parlament tətbiq edilən rejimin ləğvi üçün səs verib.
Bundan qısa müddət sonra, 2024-cü ilin dekabr ayının ortalarında Cənubi Koreya qanunvericiləri prezidentin impiçmentinə səs verdilər. Baş nazir Han Deok-su dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməyə başlayıb. Bildirildiyinə görə, 204 qanunverici prezidentin impiçmentinin lehinə, 85-i isə əleyhinə səs verib.
Samir


