Kiçik bir ordu üçün kifayətdir: 2025-ci ildə neçə Rafale təyyarəsi istehsal edildiyi məlum oldu

DÜNYA
16:23 / 09.01.2026
97

2025-ci ildə 26 ədəd çoxməqsədli "Dassault Rafale" döyüş təyyarəsi istehsal olunub. 

HİT.az xəbər verir ki, bu barədə "Defense Express" "Dassault Aviation"un illik hesabat elanına istinadla məlumat yayıb.

Beləliklə, 25 təyyarə istehsalını nəzərdə tutan plan hətta üstələnmiş olub. Eyni zamanda, ötən ilin yekunlarına görə "Dassault Rafale" üçün möhkəm sifariş portfeli dəyişməyib.

"26 yeni döyüş təyyarəsi istehsal olunub, bunlardan 15-i ixrac üçün, 11-i isə Fransanın Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulub. Şirkət keçən il əlavə olaraq 26 "Rafale" üçün möhkəm müqavilə əldə edib", deyə "Defense Express" bildirir.

Söhbət Hindistandan gələn "Rafale M" palubalı sifarişdən gedir, onun dəyəri 7,41 milyard dollar təşkil edir. Bu gün "Dassault Rafale" üçün möhkəm sifariş portfeli mütəxəssislər tərəfindən 220 təyyarə səviyyəsində qiymətləndirilir. Cari istehsal tempi ilə sifarişin yerinə yetirilməsi 8,5 il davam edəcək.

Xatırladaq ki, əvvəllər "Dassault Rafale" istehsalını artırmağı planlaşdırdığını açıqlamışdı. Gələcəkdə fransızlar ildə 36 ədəd istehsal etməyi, daha sonra isə ildə 48–60 döyüş təyyarəsinə çatmağı hədəfləyirlər.

Arayış: "Dassault Rafale" fransız istehsalı olan dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsidir və onu "Dassault Aviation" şirkəti hazırlayıb. Təyyarənin ilk uçuşu 4 iyul 1986-cı ildə həyata keçirilib. 2025-ci ilin oktyabrına qədər istehsal olunmuş "Rafale"lərin ümumi sayı 300 ədəd qiymətləndirilirdi.

Samir
 

0