ABŞ administrasiyası və Ukrayna nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli planı üzərində razılığa gəliblər. Vaşinqton sülh planı ilə bağlı Rusiyadan "aydın cavab" gözləyir.
HİT.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, ABŞ sülh planının demək olar bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəlib. Görüşdə iki ölkənin nümayəndələri iki mübahisəli məsələyə diqqət yetiriblər: Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Kiyev tərəfindən mümkün ərazi güzəştləri. İndi Ağ Ev Rusiya prezidenti Vladimir Putindən düzəliş edilmiş sülh planı ilə bağlı cavab istəyir.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner planın yeni versiyasını Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevə təqdim ediblər. Onlar ABŞ-ın Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlarından sonra Parisdə görüşüblər. Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News"a verdiyi müsahibədə Kiyevin hazırladığı 20 maddəlik sülh planının Qərb tərəfdaşları ilə demək olar ki, 100% razılaşdırıldığını bildirib.
Samir


