Tramp: Neft şirkətləri Venesuelaya ən azı 100 milyard dollar investisiya yatıracaq

DÜNYA
15:20 / 09.01.2026
98

Böyük neft şirkətləri Venesuelaya ən azı 100 milyard dollar investisiya yatıracaq. 

HİT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu "Truth Social" səhifəsində yazıb.

O, əlavə edib ki, 9 yanvarda Ağ Evdə biznes nümayəndələri ilə görüşəcək.

Daha əvvəl "The Wall Street Journal" qəzeti Tramp administrasiyasının gələcək illər üçün Venesuelanın neft sənayesi üzərində nəzarəti bərqərar etmək planı hazırladığını bildirib. Ağ Ev rəhbəri hesab edir ki, onun səyləri neft qiymətlərini istədiyi səviyyəyə - barel üçün 50 dollara endirməyə kömək edə bilər.

Samir

0