2018-ci ildən Almaniyadakı Harz dağlarının meşələri ağacları məhv edən böcək (koroyid) səbəbindən ölür. Bunun əsas səbəbi ardıcıl quraqlıqlar və isti hava dalğalarıdır.
Hit.az xəbər verir ki, "The Guardian" qəzetinə görə, bu, Almaniyanın tətbiq etdiyi müasir meşəbərpa metodlarının nəticəsidir. Hansı ki, monokultura plantasiyalarına əsaslanır.
İndi meşə mütəxəssisləri başqa yanaşmanı sınaqdan keçirirlər: sağ qalmış şam ağaclarının ətrafına fıstıq, şabalıd və platana ağacları əkirlər ki, meşənin bioloji müxtəlifliyini artırmaq mümkün olsun.
Onlar ümid edirlər ki, növ qarışığının əkilməsi bərpa olunan landşaftı daha davamlı edəcək.
Beynəlxalq araşdırmalar göstərir ki, bioloji müxtəliflik meşələri quraqlıqlardan qorumağa kömək edə bilər: 2018-ci ildə "Nature" jurnalında dərc olunan araşdırma göstərib ki, ağac növlərinin müxtəlifliyi quraqlıq səbəbindən ağacların məhv olmasının qarşısını almağın ən yaxşı yoludur. Keçən il PNAS jurnalında dərc olunan araşdırma isə göstərib ki, növ müxtəlifliyi uzun quraqlıq mövsümlərində ağacların böyüməsini qoruyur. Monokulturalar daha həssasdır – həm quraqlığa, həm xəstəliklərə, böcəklərə və meşə yanğınlarına qarşı, hansılar ki qlobal karbon uducularını məhv edir.
Qlobal istiləşmənin təsiri
Avropada meşələrin quruması iqlim dəyişiklikləri səbəbindən getdikcə geniş yayılır. 2018–2021-ci illərdə böcək partlayışının pik dövründə Almaniya yarım milyon hektar meşəni itirdi – ölkə ərazisinin təxminən 5%-i.
Çexiya nisbi olaraq daha çox itki verdi, Norveç, İsveç, Fransa və Finlandiya isə istilik və quraqlığın artması səbəbindən ekosistem dəyişiklikləri yaşayır. Böyük Britaniyadan yeni araşdırma göstərir ki, qədim meşələr bərpa olunmağa çalışır.
Yunanıstandakı meşə mütəxəssisləri ölkədə şam ağaclarının ciddi şəkildə tükəndiyini bildirir, Avropadakı torpaqlar isə quruyur.
Təsirlər rəsmi statistikalarda görünməyə başlayır. İyul ayında alimlər Avropa İttifaqındakı torpaqların udduğu karbon miqdarının azaldığını göstərən əhəmiyyətli təhlil yayıblar. 2010-cu ildən bəri udulan karbon miqdarı üçdə bir azalıb və azalma davam edir.
2024-cü ildə Almaniyada yayılan məlumatlar göstərir ki, 2017–2022-ci illər arasında böcək partlayışı və quraqlıq səbəbindən karbon emissiyası əhəmiyyətli dərəcədə artıb, bu da digər üzv ölkələrdəki vəziyyəti əks etdirir. Ekspertlər bildirir ki, Avropadakı meşələrin karbon udma sürətinin azalması gözlənilməz olub.
İstixana qazlarının udulması və ya emissiyanın azaldılması
Meşələr, okeanlar və digər təbii karbon uducular artıq insan fəaliyyəti nəticəsində yaranan emissiyanın təxminən yarısını udur və hər hansı bir artım faydalı ola bilər. Amma bir çoxları hesab edir ki, bunu ayırmaq lazımdır, çünki bu, hökumətlərin təbii sistemin karbon azaldılmasını əvəz edə biləcəyini düşünməsinə yol açır.
“Bəzi ölkələr öz karbon uducularını – ya da karbon uducularına dair ehtimallarını – neft, kömür və qaz kimi fosil yanacaqlardan tədricən imtina prosesini əvəz etmək üçün istifadə edirlər. Bu çox təhlükəlidir, çünki ölkələr meşələrdən udulan karbonu istifadə edərək öz emissiyalarını sıfır göstərə bilər, amma fosil yanacaqdan tam imtina etmirlər", deyir Potsdam İqlim Təsiri Araşdırmaları İnstitutunun direktoru Yohannes Rockström.
Finlandiya kimi ölkələr bu yanaşmanın risklərinə nümunə olub. Bu Skandinaviya ölkəsi karbon neytrallığını yalnız 2035-ci ildə əldə etməyi planlaşdırır, ölkə ərazisinin 70%-ni örtən böyük meşələr və torpaqları atmosferdən karbon udmaq üçün istifadə edir. Amma 2010-cu ildən bəri udulan karbon kəskin şəkildə azalıb və son illərdə Finlandiyanın meşələri və torpaqları qlobal istiləşməyə qarşı kiçik bir təsir göstərir.
Samir


