"ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı təhdidləri SSRİ-nin Macarıstan və Çexoslovakiyaya qoşun göndərdiyi Soyuq Müharibəni xatırladır. Bu, Varşava Paktının dağılmasına səbəb oldu, lakin indi Trampın hərəkətləri NATO-nun dağılmasını təhdid edir".
HİT.az xəbər verir ki, Britaniyanın "The Guardian" qəzeti yazır.
"Əgər Tramp bu şəkildə davam edərsə, o, bəlkə də bilmədən NATO-nun Soyuq Müharibə ekvivalenti olan Varşava Paktının Avropa müttəfiqlərinə qoşun göndərən Sovet İttifaqının yolunu izləyəcək", deyə nəşr qeyd edib.
"The Guardian" həmçinin qeyd edir ki, 1956-cı ildə Macarıstana və 1968-ci ildə Çexoslovakiyaya Sovet İttifaqının hücumu Varşava Paktını "xilas etmək" və bu ölkələrdə rejim dəyişikliyinə səbəb olmaq məqsədi daşıyırdı. Qəzet yazır ki, Trampın Qrenlandiyaya qarşı hərəkətləri ərazi qazanclarına yönəlib və "Vaşinqtonla ittifaqın qalan hissəsi arasında hərbi münaqişə" təhlükəsi yaradır.
“NATO məsələsində biz Soyuq Müharibənin əvvəlindən bəri birləşmiş və diqqətəlayiq həmrəylik nümayiş etdirən bir ittifaqla məşğuluq. Beləliklə, ABŞ-ın NATO müttəfiqi ilə müharibə vəziyyətində ola biləcəyi fikri həqiqətən sağlam düşüncəyə ziddir. Amma biz hələ də ABŞ-ın müttəfiqlərinə hücum etməyə hazırlaşdığı bir dünyada yaşamırıq”, deyə Barak Obama və Bill Klinton dövründə Ağ Evin Avropa İşləri üzrə keçmiş direktoru Çarlz Kupçan bildirib.
Kupçan həmçinin vurğulayıb ki, ABŞ Varşava Müqaviləsinin taleyindən bir neçə dərs çıxarmalı və onları təkrarlamamalıdır.
2026-cı ilin yanvar ayında Danimarkanın Baş naziri Mette Frederiksen xəbərdarlıq edib ki, ABŞ Qrenlandiyaya hücum edərsə, bu, NATO-nun sona bilər.
Yanvar ayında Tramp Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün vacib olduğunu bildirib. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Trampın sözlərini “hörmətsizlik” adlandıraraq və onu adanın ələ keçirilməsi barədə müzakirə aparmamağa çağıraraq cavab verib. Nilsen həmçinin qeyd edib ki, panikaya düşmək üçün heç bir səbəb yoxdur.
Samir


