Çinli cütlük illər sonra münasibətlərini qeydiyyata aldıqda sevgilərini sığortalayıb və real ödəniş alıblar.
HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.
Çinin Sian şəhərindən olan V. soyadlı bir qadın orta məktəb illərində gələcək həyat yoldaşı U. soyadlı kişini tanıyıb. 2015-ci ildə onlar eyni universitetə daxil olublar və rəsmi olaraq görüşməyə başlayıblar. 2016-cı ildə qadın o vaxtkı sevgilisi üçün endirimli “sevgi sığortası” alıb – standart 299 yuan əvəzinə yalnız 199 yuana.
Sığorta müqaviləsini "China Life Property and Casualty Insurance Company Limited" şirkəti təqdim edib. Müqaviləyə əsasən, müştəri sığorta müqaviləsi bağlandıqdan sonra 10 il ərzində evlənərsə mükafat alacaqdı. 2017-ci ildən bu cür sığortalar artıq təklif edilmirdi, lakin əvvəldən alınmış müqavilə qüvvədə qalmışdı.
2025-ci ilin payızında cütlük rəsmi şəkildə evlənəndə, onlara seçim verilib: 10 min yuan nağd pul və ya 10 min qızılgül. V. və U. uzun düşünmədən pulu seçiblər, amma hələ onu nəyə xərcləyəcəklərinə qərar verməyiblər.
Samir


