ABŞ-ın onlarla böyük şəhərində genişmiqyaslı küçə etirazları başlayıb və vətəndaşlar hakimiyyət orqanlarını ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) dağıdılmasını və şəhər küçələrindən yığışdırılmasını tələb ediblər.
HİT.az xəbər verir ki, bunu Çinin "Sohu" nəşri yazıb.
Jurnalistlərin fikrincə, bunlar lokal iğtişaşlar deyil, ABŞ-da sinxron etirazdır. Əvvəlcə bir çoxları etirazların qanunsuz immiqrasiya ilə əlaqəli olduğunu düşünürdülər, amma əslində etirazlar federal əməliyyat zamanı bir amerikalı qadının öldürülməsi ilə baş verib. Məqalədə deyilir ki, immiqrasiyaya nəzarət etmək üçün yaradılan hüquq-mühafizə orqanı öz vətəndaşlarına qarşı güc tətbiq etdikdə ictimai gərginlik yaranıb.
Faciə 7 yanvarda Minneapolisdə baş verib. Bir ICE zabiti avtomobil idarə edən bir qadını vurub. Müşahidə videosunda zabitlərin yolun ortasında dayanan bir SUV-ə yaxınlaşdığı və qapının açılmasını tələb etdiyi görünür. Maşın irəliləməyə başlayanda, nəqliyyat vasitəsinin qarşısında dayanan ICE zabiti silahını çıxarıb və qadına ən azı iki dəfə atəş açıb.
Qurban 37 yaşlı Leyn Nikol Qud kimi müəyyən edilib. O, ABŞ vətəndaşı idi və əvvəllər heç bir immiqrasiya qaydalarını pozmamışdı.
Samir


