Fransa Almaniyanın yenidən silahlanmasından qorxur

DÜNYA
15:42 / 13.01.2026
47

Almaniyanın yenidən silahlanma proqramının tempi və miqyası Fransada qorxu və narahatlığa səbəb olur.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan Fransa rəsmilərinə istinadən yazıb.

Fransa Almaniyanın müdafiəyə daha çox pul xərcləmək qərarını alqışlasa da, maliyyə resurslarına görə Almaniya hərbi-sənaye kompleksinin aparıcı Avropa gücünə çevriləcəyindən qorxur. Məqalədə qeyd olunur ki, artan hərbi güclə Berlinin siyasi təsiri də genişlənəcək.

Fransalı Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami agentliyə bildirib ki, Paris qeyri-sabit vəziyyətdədir və Berlinin əlavə müdafiə xərclərinə qətiyyətlə sadiq qalması Beşinci Respublikanı kənara qoyacaq bir dinamika yaradacaq.

Almaniyanın silah tədarükü planları Avropa Komissiyasının əvvəlcə "Avropanın Yenidən Silahlanması" kimi təqdim edilən, lakin sonradan "Hazırlıq 2030" adlandırılan yeni müdafiə strategiyası ilə əlaqələndirilir. Bu strategiya dörd il ərzində Avropa müdafiəsinə təxminən 800 milyard avro investisiya qoyulmasını nəzərdə tutur.

Samir
 

0