Britaniya Silahlı Qüvvələrinin Baş Komandanı, Hava Qüvvələrinin Baş Marşalı Richard Kniqton, Londonun bütün hərbi planlarını həyata keçirmək üçün vəsait çatışmazlığı olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.
Kniqtonun sözlərinə görə, Böyük Britaniya büdcəsində planlaşdırılan bütün proqramlar üçün vəsait çatışmır. Bundan əlavə, Britaniya büdcəsində hətta mövcud planlar üçün də vəsait çatışmır. Strateji Müdafiə İcmalından (SDR) yeni tapşırıqlar əlavə etmək üçün də imkan yoxdur.
Hərbi rəsmi Britaniya Baş naziri Kir Starmerə Yeni ildən əvvəl vəziyyət barədə məlumat verib.
12 yanvarda Kniqton "Sky News"a bildirib ki, atəşkəs elan olunarsa, Böyük Britaniya qoşunları Ukraynaya yerləşdirilə biləcək və təhlükəsiz olacaq. Daha sonra o, Ukraynadakı Britaniya qoşunlarının "təhlükəsiz" olacağını bildirib. O, həmçinin əsgərlərə lazım olan hər şeylə təmin olunacağına zəmanət verib. Knighton ölkələrin silahlı qüvvələrinin çətinliklərin öhdəsindən gəlmək üçün bütün resurslara malik olduğuna zəmanət verib.
Samir


