Təyyarə və ya sualtı qayıq deyil: ABŞ-ın on illərdir gizlətdiyi bu gizli gəmi

DÜNYA
18:59 / 15.01.2026
47

1980-ci illərdə ABŞ sirli bir eksperimental suüstü “görünməz” gəmi tikib. Bu gəmi məşhur "Lockheed F-117 Nighthawk" qırıcı təyyarəsindən ilham almışdı. "IX-529 Sea Shadow" (“Dəniz Kölgəsi”) layihəsi Soyuq müharibə dövrünün ən sirli müdafiə eksperimentlərindən biri olub və ABŞ Hərbi Dəniz Qüvvələrinin müasir aşağı görünən gəmilərinin əsasını qoyub.

Hit.az xəbər verir ki, bunu "Slash Gear" yazıb.

Havadan dənizə gizlicə...

"F-117 Nighthawk" və B-2 bombardmaçısı “gizli” texnologiyasını ABŞ hərbi üstünlüyünün simvoluna çevirdi. Eynı ideyalar mühəndislər tərəfindən dənizə tətbiq edilmək istənib. Bu təşəbbüs məşhur "Lockheed Skunk Works" bölməsində yaranıb: əvvəl radar görünməzliyi konsepsiyası sualtı qayıqlara tətbiq edilmək istənirdi, sonra isə suüstü gəmiyə.

Layihənin icrası DARPA-ya həvalə olunub. “Dəniz Kölgəsi” San-Fransisko körfəzində barjada yüksək gizlilik şəraitində tikilib. Xüsusi meyilli kənarları olan gəmi stealth təyyarələrə bənzəyirdi və radar görünməzliyini artırmaq üçün, xüsusən sovet dövrünün peyk radarlarının X diapazonunda, optimallaşdırılmışdı.

Problemlər və nailiyyətlər

1981-ci ildə ilk sınaq gedişləri zamanı gəmi su üzərində nəzərəçarpan iz buraxırdı – qırılmış pərvanələr səbəbindən. Problemlər düzəldildikdən sonra sınaqlar 1980-ci illərin ortalarına qədər davam edib və dəniz “gizli” texnologiyasının əsas imkanlarını təsdiqlənib.

Yalnız 1993-cü ildə, Soyuq müharibə başa çatdıqdan sonra, “Dəniz Kölgəsi” ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirilib. Gəmi seriyalı istehsala keçməsə də, müəyyən müddət ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi tədbirlərində nümayiş olunub.

"Sea Shadow"un irsi

2006-cı ildə eksperimental gəmi ləğv edilib. Lakin layihə boşa çıxmayıb: "Sea Shadow"dan əldə olunan təcrübələr müasir sualtı qayıqların periskoplarının yaradılmasında və ən əsası – "Zumwalt" sinfindən olan gəmilərin dizaynında istifadə olunub. Bu gəmilər dünyanın ən müasir və diqqətçəkən döyüş gəmilərindən biridir.

Hətta "Zumwalt" layihəsi yüksək maliyyət səbəbindən azaldılsa da, onların “futuristik” görünüşü 1980-ci illərin bu qəribə, lakin inqilabi eksperimentindən birbaşa təsirlənib. “Dəniz Kölgəsi” tarixdə sübut edib ki, hətta uğursuz prototiplər də hərbi texnologiyanın gələcəyini dəyişə bilər.

Samir

0