Rusiyanın cəbhədə itkiləri dönüş nöqtəsinə yaxınlaşır - "Business Insider"

DÜNYA
15:24 / 15.01.2026
58

Rusiyanın cəbhədə itkiləri dönüş nöqtəsinə yaxınlaşır və bu mərhələdən sonra təcavüzkar tərəf şəxsi heyət çatışmazlığı ilə üzləşə bilər.

Hit.az xəbər verir ki, bu barədə “Business Insider” ekspertlərə və rəsmi şəxslərə istinadən yazır.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya Ukraynada cəbhədə hər ay 20–25 min hərbçini ölü itirir. O, bu göstəricini Moskva üçün “qəbuledilməz” adlandırıb.

“Burada ağır yaralılardan danışmıram. Məhz ölənlərdən söz gedir”, deyə Rutte dəqiqləşdirib və bunu SSRİ-nin Əfqanıstan müharibəsi ilə müqayisə edib. Həmin müharibədə Sovet İttifaqı 9 il ərzində 15 min nəfəri ölü olaraq itirmişdi.

“İndi isə onlar bir ay ərzində eyni sayda, hətta daha çox itki verirlər”, deyə NATO-nun baş katibi əlavə edib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi dekabr ayında verdiyi açıqlamada öz qiymətləndirmələrinə əsasən Rusiyanın ümumi itkilərinin ölü və yaralılar daxil olmaqla 1,1 milyonu keçdiyini bildirib.

“Business Insider”in qeyd etdiyi kimi, Rusiya Ukrayna ilə müqayisədə daha böyük səfərbərlik ehtiyatına malik olsa da, Kreml genişmiqyaslı məcburi səfərbərlikdən yayınmağa çalışaraq əsasən könüllülərin cəlb edilməsinə üstünlük verib. Ümumilikdə Rusiya ordusu ayda 30–36 min nəfər cəlb edir. Analitiklərin fikrincə, Moskvanın yaxın vaxtlarda bu yanaşmanı dəyişməsi ehtimalı azdır.

ABŞ-də yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun Rusiya üzrə eksperti Katerina Stepanenko “Business Insider”ə bildirib ki, döyüş itkilərinin əvəzlənməsi tədricən Moskva üçün ciddi problemə çevrilir. Onun sözlərinə görə, Rusiya ordunun komplektləşdirilməsi üsullarını dəyişməzsə, sonda “çıxılmaz vəziyyətlə” üzləşəcək.

Samir
 

0