Polşa Ukraynaya neçə MiQ-29 təyyarəsinin təhvil veriləcəyini açıqladı

DÜNYA
18:15 / 15.01.2026
46

Polşa Kiyevin Rusiya işğalından müdafiə olunmasına kömək etmək üçün Ukraynaya doqquz MiQ-29 qırıcısı tədarük etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, müdafiə nazirinin müavini Pavel Zalevski bunu "TVP World"ə verdiyi müsahibədə bildirib.

Rəsmi şəxsin sözlərinə görə, Polşa hökuməti artıq təyyarələrin təhvil verilməsi ilə bağlı qərar qəbul edib.

"Biz Ukrayna Müdafiə Nazirliyindən cavab gözləyirik. Danışıqlar davam edir. Bunlar sırf texniki müzakirələrdir", deyə o bildirib.

Ukraynanın Polşanın təklifini qəbul edib-etmədiyi soruşulduqda, Zalevski Kiyevin onu dəstəklədiyini cavablandırıb. Eyni zamanda, MiQ-lərin təhvil verilməsinin texniki detalları, o cümlədən logistika və texniki xidmət məsələləri dəqiqləşdirilir.

Rəsmi şəxsin sözlərinə görə, ilk təhvil "ondan az" təyyarəni əhatə edəcək.

Daha əvvəl Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirmişdi ki, Varşava dekabrın sonuna qədər Polşa ordusunun balansından silinəcək 6-8 MiQ-29 qırıcısını Ukraynaya təhvil vermək üzərində işləyir. Eyni zamanda, o qeyd edib ki, bunun müqabilində Polşa Ukrayna pilotsuz texnologiyalarını alacaq.

Aviasiya üzrə ekspert Anatoli Xrapçinskinin qeyd etdiyi kimi, söhbət istismardan çıxarılmış təyyarələrin Ukraynaya təhvil verilməsindən gedir. Onun sözlərinə görə, faktiki olaraq işləyə biləcək bu təyyarələrdən 2-3-nü yığmaq mümkün olacaq.

Samir
 

0