Britaniya dəniz piyadaları Rusiya ilə müharibəyə hazırlaşmağa başlayır

DÜNYA
17:59 / 16.01.2026
44

Britaniya dəniz piyadaları Norveçin şimalındakı Vikinq düşərgə bazasında ekstremal təlimlər keçirir.

HİT.az xəbər verir ki, bu barədə "Politico" yazıb. 

Qeyd olunur ki, manevrlər Rusiya ilə potensial münaqişə halında keçirilir.

Müəllif yazır: "Arktika dağlarının dərin qarlarında Britaniya dəniz piyadaları Rusiya ilə müharibəyə hazırlaşır".

Nəşrin məlumatına görə, bu yaz Vikinq düşərgə bazasında təxminən 1500 əsgər yerləşdiriləcək və 2027-ci ilə qədər onların sayı 2000-ə çatacaq. Hadisəni şərh edən briqada generalı Ceymi Norman NATO ölkələrinin artıq sülh içində yaşamadığını bildirib.

Ötən ilin noyabr ayında Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda 2000-dən çox əsgər və 500 ədəd texnikanın iştirakı ilə Northern Spike 225 adlı artilleriya təlimi keçirilib. Təlimin məqsədi çətin erkən qış şəraitində artilleriya imkanlarını sınaqdan keçirmək idi.

Samir
 

0