Trampın ilk döyüş gəmisi 22 milyard dollara başa gələ bilər

DÜNYA
16:06 / 16.01.2026
51

Yeni döyüş gəmisinin tikintisi ABŞ-a 22 milyard dollara başa gələ və bu, onu tarixin ən bahalı döyüş gəmilərindən birinə çevirə bilər.

HİT.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadən yazıb.

Son xərc gəminin həcmi, heyət üzvü və silahları ilə bağlı hələ qəbul edilməmiş qərarlardan asılı olacaq. Minimum qiymət 15,1 milyard dollar olaraq müəyyən edilib, lakin xərcin sonda 22 milyard dollara qədər yüksəlməsi mümkündür.

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi təyyarədaşıyan gəmisi "Gerald R. Ford"dur. O, 2017-ci ildə istismara verilib və tikintisinə təxminən 13 milyard dollar xərclənib. ABŞ-ın ən böyük döyüş gəmiləri 48.000 ton su tutumu olan Ayova sinifli gəmilər idi, lakin onlar 1990-cı illərdə istismardan çıxarılıb. Amerika döyüş gəmiləri, Vyetnam müharibəsi zamanı məhdud istifadə istisna olmaqla, əsasən 1950-ci illərdə istismardan çıxarılmışdı.

Donald Tramp yeni gəminin inşasını 2025-ci ilin dekabrında elan etdi. İlk gəmilərin iki il yarım ərzində istifadəyə verilməsi planlaşdırılır. Amerika prezidenti iddia edir ki, onlar "indiyə qədər tikilmiş bütün döyüş gəmilərindən ən sürətli, ən böyük və 100 dəfə güclü" olacaqlar.

Samir

0