32 yaşlı britaniyalı Oliver Elvis naməlum bir xəstəlikdən danışıb. Onun sözlərinə görə, 2023-cü ilin dekabrından bəri demək olar ki, yuxuya gedə bilmir. Kişi iddia edir ki, bu müddət ərzində heç vaxt tam yuxuya gedə bilməyib və güclü yatızdırıcı dərmanlar və tibbi narkoz da daxil olmaqla ənənəvi müalicə üsulları nəticə verməyib.
HİY.az xəbər verir ki, bu "LADBible" tazıb.
Elvisin sözlərinə görə, əvvəllər gündə 6–10 saat yuxu alırdı və ciddi sağlamlıq problemi yox idi. Lakin bir axşam yuxu sadəcə gəlmədi və o gündən bəri vəziyyət dəyişməyib: "Ən qəribəsi odur ki, mən hətta yuxululuq hiss etmirəm. Beynim sanki təcili vəziyyət rejimində ilişib qalıb".
Oliver vurğulayıb ki, sağlam həyat tərzi sürür, mütəmadi idmanla məşğul olur və çox vaxt açıq havada keçirir. Buna baxmayaraq, yuxusuzluq vəziyyətini kəskin pisləşdirib. 2024-cü ilin yanvarında o, maşınist işi ilə vidalaşmalı, evini satmalı və anasının yanında yaşamağa qayıtmalı olub.
Kişinin sözlərinə görə, xəstəlik dövründə o, müxtəlif ixtisaslı həkimlərə – nevroloqlar, psixiatrlar və yuxu mütəxəssislərinə müraciət etsə də, effektiv müalicə ala bilməyib. Elvis bəzi həkimlərin sözlərinə şübhə etdiyini və ya onun üçün faydasız hesab etdiyi üsulları tövsiyə etdiyini bildirib.
Müayinələr zamanı kişidə travmadan sonra stress pozuntusu, xroniki yorğunluq sindromu və fibromialgiya diaqnozları qoyulub. Lakin onun sözlərinə görə, həkimlərin tövsiyələri əsasən ümumi məsləhətlərdən ibarət olub – “özünü nəzarətdə saxla” və “tez-tez istirahət et”.
Oliver həmçinin ciddi fiziki simptomlardan danışır: əzələ və oynaqlarda daimi ağrı, görmə problemləri, həzm pozuntuları və başda güclü təzyiq hissi. O iddia edir ki, yuxusuzluq ona normal həyat sürmək imkanını əlindən alıb.
"Yuxusuzluq sadəcə yorğunluq deyil. O, şəxsiyyəti dağıdır", deyə Elvis bildirib.
Nevroloq-məsləhətçi professor Guy Lesziner hesab edir ki, kişi paradoksal yuxusuzluqdan əziyyət çəkə bilər – nadir rastlanan pozuntu, insanın yuxuya gedə bilmədiyinə əmin olmasına baxmayaraq yuxu fazalarının mövcud olduğu vəziyyət.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə şüurluluğa cavabdeh beyin sahələri dərin yuxuya girməyə bilər. Paradoksal yuxusuzluq tez-tez psixi pozuntularla müşayiət olunur və belə hallarda kompleks müalicə vacibdir.
Samir


