Fransabnın üzgüçülük üzrə olimpiya çempionu Yannik Agniel məşqçisinin 13 yaşlı qızını zorlamaqda və cinsi təcavüz etməkdə ittiham olunur.
HİT.az xəbər verir ki, bu barədə "Associated Press" yazıb.
İlk hadisə 2016-cı ildə, Agnielin 24 yaşı, keçmiş məşqçisinin qızı olan qurbanın isə 13 yaşı olduğu zaman baş verib. İddialara görə, hadisələr bir neçə ölkədə baş verib: Fransa, Olimpiya Oyunları zamanı Braziliya, İspaniya və Tailand. İlk dəfə 2021-ci ilin dekabrında həbs olunan Agniel yetkinlik yaşına çatmayanla münasibətini etiraf etsə də, məcburiyyəti rədd edib.
Apelyasiya məhkəməsi 33 yaşlı idmançının ədalət mühakiməsi qarşısında cavab verməsini əmr edib. Agnielin məhkəmənin qərarından Kassasiya Məhkəməsinə şikayət etmək üçün 10 günü var. 2021-ci ildə Fransa qanunlarını sərtləşdirdi: 15 yaşdan kiçik şəxslə cinsi əlaqə artıq zorlama kimi təsnif edilir və 20 ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Yannik Agniel 2016-cı ildə təqaüdə çıxıb. O, 2012-ci il London Olimpiadasında 200 metr sərbəst və 4x100 metr estafet yarışlarında iki qızıl medal qazanıb.
Samir


