Alimlər Günəşdə tərsinə çevrilmiş 1 rəqəminə bənzəyən böyük bir koronal dəlik aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiyası Laboratoriyası məlumat verib.
"Bu, nəhəng, tərsinə çevrilmiş 1 rəqəminə bənzəyir, baxmayaraq ki, bir az təxəyyüllə burada, buludlarda olduğu kimi, daha çox şey görə bilərsiniz", deyə IKI komandası bildirib.
Alimlərin fikrincə, "rəqəm" təxminən bir milyon kilometr hündürlükdədir. Qurum qeyd edir ki, Günəşdə koronal dəliklər 2025-ci ilin ilk aylarında, günəş dövrünün zirvəsi keçdikdə tez-tez görünməyə başlayıb.
Əvvəllər bu həftə günəş aktivliyinin orta olacağı, lakin yüksək geomaqnit fonu yaratmağa davam edəcəyi bildirilirdi. Bu, Günəşin Yerə baxan tərəfində aşkar edilmiş bir neçə orta ölçülü koronal dəlik və kiçik günəş küləyi mənbələri ilə əlaqədardır.
Samir


