Kremlin altındakı qaranlıq dünya - aşkarlanan əraziləri hökumət basdırıb

DÜNYA
11:25 / 18.01.2026
52

Rusiyanın paytaxtı Moskvada Kremlin yeraltı sərdabələri illərdir arxeoloqların və tarixçilərin diqqətini cəlb edib. Burada dəfələrlə tədqiqat və qazıntı işləri aparılsa da, yeraltı Kreml hələ də bir çox sirri özündə saxlayıb. Qədim zamanlardan bəri Moskva Kremli təkcə suveren hakimiyyətin simvolu deyil, həm də əfsanə məkanı olub. Bu əfsanələrin hamısı birdən-birə yaranmayıb. Arxeoloqlar yeraltı dünyanın sirlərini araşdırmaq üçün üç cəhd ediblər və hər dəfə qazıntılar yuxarıdan dayandırılıb.

İlk cəhd 1718-ci ilin payızında Presnyadakı müqəddəs vəftizçi Yəhya kilsəsinin keşişi Konon Osipov tərəfindən edilib. 1682-ci ildə şahzadə Sofiyanın əmri ilə Taynitskaya qülləsindən Sobakinaya aparan gizli keçidə enən və sandıqlarla dolu otaqlar gördüyü iddia edilən böyük xəzinədarlığın katibi Vasili Makaryevin sözlərinə istinad edərək, pravoslav kilsəsinin keşişi onları axtarmaq üçün knyaz Romodanovskidən icazə istəyib. Təəssüf ki, Romodanovski özü artıq sağ olmayıb.

krem-1.JPG (63 KB)

Taynitskaya qülləsində qazıntı işləri aparılan zaman orada bir qalereyaya giriş tapılıb. Ərazidə oğurluq olmasın deyə əsgərlər də qazıntı yerini mühafizə edib. Lakin divarların çökmə təhlükəsi olduğu üçün işlər dayandırılıb. Altı il sonra I Pyotrun fərmanı ilə axtarışlara yenidən başlanılıb. Qazıntıya rəhbərlik edən A. Ponomaryova işləmək üçün məhbuslar da verilib, lakin axtarışlar yenə uğursuzluğa düçar olub.

Müəyyən müddət sonra keşiş Osipov Arsenal küncündə bulaqdan gələn su ilə dolu bir zindana giriş tapıb. Beş metrdən sonra o, Arsenal sütunu ilə qarılaşıb. Qazıntılar nəticəsində tunelin davamında iri qaya parçası işçiləri qarşılayıb. On il sonra o, Makaryevin sözlərinin doğruluğunu yoxlamaq üçün Kremlin içərisində qazıntılar aparıb, lakin yenidən məğlub olub.

Kremlin altındakı qaranlıq dünyaya maraq 1894-cü ildə yenidən yaranıb. Xüsusi tapşırıqlar üzrə məmur olan knyaz Nikolay Şerbatov Kremlin yeraltı sərdabələrinə günəş işığı salmaq istəyib. Nabatnaya qülləsində o, Konstantin-Yeleninskaya qülləsinə aparan divarla əhatə olunmuş qalereyaya giriş tapıb. Konstantino-Yeleninskaya qülləsində 62 metr uzunluğunda tağlı dəhliz aşkar edilib.

krem-2.JPG (58 KB)

Qalereyanın sonunda kərpic hörgüsünün arxasında top güllələri anbarı tapılıb. Daha sonra Şerbatov Nabatnayada döşəməni sökərək digər tərəfdən bu anbara aparan bir keçid aşkarlayıb. Arsenal qülləsini araşdırarkən Şerbatov da Osipov kimi daha dərinə gedə bilməyib.

Sonra knyaz Aleksandr bağının yanından yeraltı qalereya keçid yaratmaq qərarına gəlib. Keçid Üçlük qülləsinin altından keçərək daş tağları olan kiçik bir otağa aparıb, döşəməsində isə aşağıda oxşar bir otağa aparan quyu olub. Üst otaq dəhliz vasitəsilə başqa bir otağa birləşdirilib. Şerbatov Borovitskaya qülləsinin altında ibadətgah, ox çuxurunun altında zindan, imperator meydanına aparan bir keçid tapıb.

İnqilabdan sonra hakimiyyətə gələn bolşeviklər dərhal qalanın təhlükəsizliyi ilə bağlı guya narahat olmağa başlayıblar. Onlar Şerbatovdan keçidlərin fotoşəkillərini müsadirə ediblər, Taynitskaya qülləsindəki quyunu doldurublar və Troitskaya qülləsindəki alt otaqları divarla hörüblər.

krem-5.JPG (58 KB)

1933-cü ilin payızında qırmızı ordu əsgəri hökumət binasının həyətində yaranan çuxura düşdükdən sonra arxeoloq İqnati Stelletski yeraltı keçidləri araşdırmaq üçün dəvət edilib. O, Taynitskaya qülləsindəki quyunun bir vaxtlar quru olduğunu və oradan keçidlərlə yolların olduğunu bəyan edib. Onun Arsenal küncünün altındakı “Osipov” keçidində apardığı qazıntılar kəşflərə səbəb olub. Divarın altında tağ tapılıb və buradan hasarlanmış Aleksandr bağına çıxış olub. Lakin sonra Stelletski bir qaya ilə qarşılaşıb. O, arxadakı keçidin torpaqdan təmiz olduğuna inanıb, lakin alimə qazıntı aparmaq qadağan edilib və Arsenal küncünün yeraltı hissəsinin dibinə qədər təmizlənməsi əmr edilib. Quyu 1975-ci ildə arxeoloqlar iki döyüşçü dəbilqəsi, üzəngi, XV əsrin sonlarına aid zəncir və daş top mərmiləri tapıblar. Daşmanın qarşısını almaq üçün quyunun dibindən kanal çəkilib. Quyu təmizləndikdən sonra daşqın problemləri aradan qalxıb.

Arxeoloqlarla yanaşı, inşaatçılar da yeni tapıntılar aşkar ediblər. 1930-cu ildə onlar Qırmızı meydanda bir neçə zirehli skeletin olduğu yeraltı keçid tapıblar. Beş metr dərinlikdə olan keçid Spasskaya qülləsindən Lobnoye meydanıına doğru uzanıb, kərpic divarları və dəmir sərdabəsi olub. Keçid dərhal torpaqla doldurulub.

krem-3.JPG (45 KB)

1960-cı ildə Leninin məqbərəsində çat gördükdən sonra memarlar səbəbi araşdırmağa başlayıblar və məqbərənin altında 15 metr dərinlikdə, insan boyunda yeraltı keçid aşkar ediblər. 1974-cü ilin iyun ayında arxeoloqlar orta Arsenal qülləsinin yaxınlığındakı divarın içərisində bir keçid tapıblar. Kərpic hörgüsünün arxasında, arzulanan tunellərə apara biləcək basdırılmış XV əsrə aid pilləkən görünüb. Bir il əvvəl Nabatnaya qülləsinin yaxınlığında Nabatnayadan Spasskaya qülləsinə qədər uzanan bir qalereya müəyyən edilsə də, onun əvvəli və sonu bilinməyib.

Moskvanın yeraltı tədqiqatçılarının bəziləri, Kremlin əvvəlcə nəhəng bir yeraltı quruluş kimi təsəvvür edildiyini və bunun üçün Borovitski təpəsinin yerində bir çuxur qazıldığını və içərisində bütün tunellər, otaqlar və qalereyalar sisteminin qoyulduğunu iddia ediblər. Yalnız bundan sonra inşaatçılar Kremlin yerüstü hissəsinin tikintisinə başlayıblar. Daha sonra, guya, yeraltı otaqların planları itirilib və ya qəsdən yandırılıb. Beləcə, Kremlin altında bəzi yerlərdə hündürlüyü yeddi-səkkiz metrə çatan keçidlərin olması bu tiklinin bir çox sirləri özündə saxladığını deməyə əsas verir.

Mənbə: Musavat.com

0