Səhradakı mağaradan çıxan 4 min illik sürpriz

DÜNYA
13:57 / 19.01.2026
33

Suudi Arabistanın şimalındakı Arar bölgəsində yerləşən Lauqa mağara sistemi, minlərlə ildir qaranlıqda gizlətdiyi maraqlı bir kəşfə ev sahibliyi edir. Alimlər, bu mağaralarda təbii yollarla mumiyalaşmış yeddi bəbir cəsədi ilə yanaşı, ümumilikdə 54 heyvanın sümük qalığını aşkar ediblər.

Hit.az xəbər verir ki, bir zamanlar Ərəb yarımadasının hər yerində qaçan, lakin indiki dövrdə bu torpaqlarda tamamilə nəsli kəsilmiş olan bu nəcib yırtıcıların qalığı, növün təkamül tarixinə qiymətsiz ipucları təqdim edir. Bölgədəki çox quru və isti iqlim, heyvanların bədənlərini pozulmadan günümüzə çatdıraraq sanki bir zaman kapsulu rolunu oynayıb.

Bəbirlər vəziyyəti qlobal miqyasda çox ümidverici deyil. Tarixi yaşayış sahələrinin 91%-ni itirən bu canlıların, xüsusən Asiya alt növü, artıq yox olma təhlükəsi ilə üz-üzədir. Suudi Arabistanda bir zamanlar geniş yayılan bu növün son üzvünün 1977-ci ildə Omanda bir ovçu tərəfindən vurulduğu məlumdur. Təbii yaşayış sahələrinin parçalanması, ovlamaq üçün heyvan tapmaq çətinliyi və ev heyvanı kimi qaçırılmaları bu bölgədə bəbirlərin sonunu gətirib. Lakin mağarada aşkar edilmiş yeni sübutlar yalnız keçmişi işıqlandırmır, eyni zamanda bölgəni bərpa layihələri üçün elmi əsas yaradır.

4 min illik genetik miras

Karbon testləri, mağaradakı mumiyaların yaşları arasında böyük fərq olduğunu ortaya çıxarıb. Aşkar edilmiş qalığın ən qədimi 4 min 223 yaşında, ən gənci isə cəmi 127 il əvvələ aiddir. Bu, bəbirlərin minlərlə il boyunca bu bölgəni fasiləsiz olaraq yaşadıqlarını sübut edir. Tədqiq olunan 20 kəllədən çoxunun hələ yetkinliyə çatmamış gənc bəbirlərə aid olması alimlərin diqqətini çəkən digər detallardan biridir. Hətta 18 aylıqdan kiçik doqquz bala sümükləri də tapılıb.

Genetik analizlər göstərir ki, bu heyvanların bəziləri bu gün yalnız İranda çox az sayda qalan Asiya çitası ilə, bəziləri isə Şimal-Qərbi Afrika növü ilə qohumdur.

Alimlər hələ də bu yırtıcıların niyə mağaralarda bu qədər çox tapıldığını müzakirə edirlər. Müasir bəbirlərin yuva kimi mağaralardan istifadə vərdişi yoxdur. Buna görə iki ehtimal irəli sürülür: ya bəbirlər bu mağaraları balalarını böyütmək üçün sığınacaq olaraq seçib, ya da dik yamaclardan və ya çökmələrdən içəri düşüb bir daha çıxa bilməyiblər. Mağara içində bəbirlərlə birlikdə tapılan ov heyvanı qalığı da bölgənin qədim ekologiyasını anlamağa kömək edir.

Bu kəşf, bölgədə vəhşi həyatı bərpa etməyi hədəfləyən layihələr üçün hansı növlərin seçilməli olduğunu göstərən güclü bir elmi bələdçi rolunu oynayır.

Samir
 

0