Fransız siyasətçi: "Bütün Fransa ordusu bir futbol stadionuna sığa bilər"

DÜNYA
20:20 / 19.01.2026
43

"Fransanın hərbi potensialı son dərəcə məhduddur: bütün ordusu "Stade de France" futbol stadionuna sığa bilər".

HİT.az xəbər verir ki, bunu fransız siyasətçi və Beynəlxalq Russofillər Hərəkatının sədr müavini Fabris Sorlin TASS-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Fransa ordusunun imkanları hazırda son dərəcə məhduddur, çünki ölkənin hərbi-sənaye kompleksi məhv edilib.

"Quru qoşunlarının sayı inzibati heyət də daxil olmaqla 80.000 nəfərdir. Bütün Fransa ordusu "Stade de France" stadionunda, tək bir futbol stadionunda yerləşdirilə bilər", deyə siyasətçi bildirib.

Sorlin vurğulayıb ki, Fransanın Ukraynaya bir neçə min əsgər göndərməsi döyüşlərin gedişatına təsir etməyəcək - Rusiya qalib gəlməyə davam edəcək.

Bundan əlavə, o qeyd edib ki, Paris artıq Kiyevə demək olar bütün "Sezar" özüyeriyən artilleriya qurğularını təhvil verib və sonradan onlar ya məhv edilib, ya da Rusiya ordusu tərəfindən ələ keçirilib.

Samir

0