Amerikalı qadın anası ilə atasının bacı-qardaş olduğunu öyrənib

DÜNYA
22:36 / 19.01.2026
45

ABŞ sakini valideynlərinin doğma qardaş və bacı olduğunu öyrəndiyini açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə “LADBible” nəşri yazıb.

Aktisa və model Kameron Keller bildirib ki, o, Nyu-Meksiko ştatında kiçik bir kənd şəhərciyində böyüyüb. Onun anası və atası yeniyetmə yaşlarında tanış olublar və həmin vaxt aralarında qohumluq əlaqəsi olduğunu bilməyiblər. Sonradan məlum olub ki, onlar eyni valideynlərin övladlarıdır.

Kellerin sözlərinə görə, valideynləri bu həqiqəti öyrənməzdən əvvəl münasibətə başlayıblar. Daha sonra isə ailə qurmaq qərarlarını dini inanclarla və Bibliyadakı Adəm və Həvva hekayəsi ilə əsaslandırıblar.

Qadın qeyd edib ki, uşaqlıq illərində valideynləri onunla və qardaşı ilə ayrıca söhbət apararaq ailə bağlarının xüsusiyyətlərini izah etməyiblər. Bununla belə, o iddia edir ki, yaşadıqları kiçik icmada bu məlumat ciddi şəkildə gizlədilən mövzu sayılmayıb.

“Biz bunu həmişə bilirdik. Onlar bu barədə hətta qürurla danışırdılar”, deyə Kameron Keller bildirib.

O, məktəb illərində də sinif yoldaşlarına valideynlərinin bacı-qardaş olduğunu açıq şəkildə söylədiyini vurğulayıb. Beşinci sinifdə oxuyarkən müəllimin ona bu cür məlumatları başqaları ilə paylaşmamağı tövsiyə etdiyini xatırladıb.

Valideynlərinin necə olub ki, uzun müddət qohum olduqlarını bilmədiklərini izah edən Keller bildirib ki, nənələri vəfat etdikdən sonra uşaqlar ayrı-ayrı qohumların himayəsinə verilib. Xalası anasına, babası isə atasına baxıb. Uzun illər ayrı düşdükləri üçün onlar bir-biri ilə əlaqə saxlamayıb və yeniyetmə yaşlarına qədər bir-birlərinin mövcudluğundan xəbərsiz olublar.

Samir

0