Kanadadan olan keçmiş stüard ABŞ-da pulsuz uçuşlar etmək üçün özünü pilot kimi təqdim edirmiş.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, söhbət 33 yaşlı Toronto sakini Dallas Pokornikdən gedir. O, 2017–2019-cu illərdə Kanadadakı "Air Canada" aviaşirkətində stüard kimi çalışıb.
Kişi saxta sənədlərlə dələduzluq ittihamı ilə məhkəməyə verilib. Bu sənədlər vasitəsilə o, dörd il ərzində Havay, Çikaqo və Texasın Fort-Uort şəhərində fəaliyyət göstərən üç ABŞ aviaşirkətinin uçuşlarında pulsuz “şəxsi” biletlər əldə edib.
"Hawaiian Airlines", "United Airlines" və "American Airlines" şirkətlərinin nümayəndələri kişinin əməlləri nəticəsində zərər gördükləri ehtimalı ilə bağlı məsələyə şərh verməyiblər.
Məlumata görə, Pokornik sərbəst hərəkət edir, hətta ekipaj üzvləri üçün pilot kabinəsində istirahət üçün qatlanan oturacağa giriş tələb edirmiş. Lakin 2024-cü ilin oktyabrında Panama şəhərində elektron ünsiyyət vasitələri ilə dələduzluq ittihamı ilə saxlanılıb.
Ekstradisiya olunduqdan sonra şübhəli günahsız olduğunu bəyan edib, lakin hakim onu girovsuz həbsdə saxlamağa qərar verib.
Samir


