Ermənistanda daha bir qəribə addım atılıb.
Belə ki, bu ölkədə dünyanın ən böyük İsa Məsih heykəlinin tikintisinə başlanılıb. Hatis dağında ucaldılması planlaşdırılan nəhəng heykəl tamamlandıqdan sonra ölçüsünə görə dünya rekordu hədəflənir.
Maraqlıdır, onların bunu etməkdə məqsəd nədir?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, Səmavi dinlərin meydana çıxmasının ilk səbəbi o dövr üçün ənənəvi olan bütpərəstlik inancından insanları uzaqlaşdırmaqdır:
"Bu dinlərin bərqərar olduğu ilk vaxtlarda bütpərəstliyə, çoxallahlılığa qarşı mübarizə aparılırdı. Daha sonra isə bu dinin Peyğəmbəri vəfat etdikdən sonra insanlar yenidən bütpərəstliyə meyl edirdi. Beləcə həm müsəlmanlar həm də xristianlar arsında yenidən heykələ, şəkilə, xaça, ələmə və əlavə atributlara meyl yarandı. Halbuki Həzrət İsa insanların könlündə olmalıdır, daş heykəldə deyil".
Lakin onun sözlərinə görə, ermənilər bu heykəli Həzrət İsaya sevgilərinə görə ucaltmırlar:
"Bu, siyasi xarakter daşıyır. Dini, inancı, xristianlığı və ya müsəlmanlığı siyasi məqsədlərə alət etmək də yanlışdır. Əgər ermənilərin Həzrət İsaya ucaltmaq istədikləri heykəl həqiqətən də tolerantlığa, regionda sülhə xidmət məqsədi ilə qoyulursa, onun sağ tərəfində məscid sol tərəfində də sinaqoq tikilməlidir. Çünki Həzrət İsa bütün insanlara sülh bəxş etmək üçün nazil olmuşdur. Heykəlin ucaldılasında məqsəd xristian aləminin diqqətini daha çox cəlb etməkdir".
İlahiyyatçı vurğulayıb ki, ermənilər xislət baxımından dəyişmirlər:
"Onlar dini də inancı da xarici dairələrin bölgədəki planlarının icrasına alət edirlər. Bu, tarix boyu belə olub. Amma hazırda biz sülh mərhələsindəyik. Gərək hər şey sülhə xidmət etsin. Ermənilərin bölgədə indi də din pərdəsi altında fitnə yaratmasına yol vermək olmaz. Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır. Bizim Qərbi Azərbaycanda yüzlərlə məscidimiz yer üzündən silinib. Ermənilər özləri də o torpaqlara gəlmə olduqlarını bildikləri üçün özlərini bir yolla oralara mıxçalamağa çalışırlar. Bu dəfə də Məsih heykəli qoyurlar".
Turar İrfan qeyd edib ki, sülhə, sabitliyə, tolerantlığa xidmət edən bütün əməllər təqdir olunmalıdır:
"Ancaq məkrə, pis niyyətlərə xitmət edən əmələ haq qazandırmaq olmaz. Ermənilər şimali Hindistandan və İraq ərazilərindən İrana oradan da Qafqaza gəlmədirlər. Xristianlığı çox sonralar qəbul etsələr də özlərini ilk xristianlar sayırlar. Ermənistanda gələ kilsə - dövlət məsələsi tənzimlənməyib. Baş nazir Qareginin çirkin işlərlə məşğul olduğunu və xristianlığa xəyanət etdiyini deyir. Belə olduğu halda, hələ din - dövlət münasibətlərinin nizama salınmandlğı məqamda İsanın heykəlini gündəmə gətirmək sırf siyasi xarakter daşıyır".
Sevinc



