3 min illik axtarış sona çatır? - Nefertitinin itkin məzarı üçün "əsrin kəşfi" qapıda

DÜNYA
22:56 / 23.01.2026
42

Antik Misir deyiləndə ağla gələn ən xarizmatik və sirli fiqurlardan biri olan Kraliça Nefertiti minlərlə il sonra yenidən dünya gündəmindədir. Fironun Akhenatenin həyat yoldaşı və firoun Tutanxamunun ögəy anası olan bu güclü qadının izi, əsrlərdir Krallar Vadisinin tozlu torpaqları altında gizlənir.

HİT.az xəbər verir ki, bugünə qədər saysız-arxeoloq bu sirri açmağa çalışsa da heç biri qəti nəticəyə çata bilməyib. İndi isə Misirin ən məşhur arxeoloqlarından və keçmiş Qədim Əsərlər naziri Dr. Zahi Havass “əsrin kəşfi” adlandırdığı xəbəri verməyə çox yaxın olduğunu açıqlayıb.

Havass həyatını mövzu alan yeni sənədli filmində Nefertitinin itkin məzarını tapmaq üçün Krallar Vadisinin şərq bölgəsində aramalarını daraltdığını qeyd edir. Karyerasını belə böyük bir kəşflə sona çatdırmağın özü üçün ən böyük xoşbəxtlik olacağını söyləyən məşhur arxeoloq, bölgədə davam edən qazıntıların hər an nəticə verə biləcəyinə inanır.

Ekspertlər bildirirlər ki, Nefertiti yalnız gözəlliyi ilə deyil, dövlət idarəsindəki sarsılmaz gücü ilə də tanınırdı. Bu məzarın tapılması Antik Misir tarixini tamamilə yenidən yazmağa səbəb ola bilər. Nefertiti həyat yoldaşının ölümündən sonra tək firoun olaraq hökm sürmüş ola biləcəyinə dair ciddi ipucları buraxmışdı.

Arxeologiya dünyası xəbərə temkinli bir həyəcanla yanaşır, çünki Nefertitinin məzarı ilə bağlı ümidlər daha öncə dəfələrlə yaranıb sonra sönmüşdü. 2015-ci ildə Tutanxamunun məzarında gizli qapılar olduğu iddia edilmiş, lakin radar taramaları bu nəzəriyyəni rədd etmişdi. Daha sonra bəzi mumyaların Nefertitiyə aid olduğu irəli sürülsə də, Dr. Havassın apardığı DNA testləri həmin qalıqların Tutanxamunun gerçək anasına aid olduğunu göstərmişdi.

Lakin Havass vaz keçmir: hazırda komandası ilə bir başqa qadın firoun olan Hatşepsutun məzarının yaxınlığında intensiv araşdırmalar aparır.

Bu kəşfi əslində əhəmiyyətli edən məqam, məzarda tapılacaq detalların Nefertitinin ölərkən hansı ünvanla dəfn edildiyini təsdiqləməsi olacaq. Əgər firoun kimi möhtəşəm bir mərasimlə dəfn edilmişsə, bu qadının Antik Misir iyerarxiyasındaki mövqeyini tamamilə dəyişdirəcək.

Dr. Havass bildirir: "Bu kəşf çox yaxında reallaşa bilər".

Beləliklə bütün dünyanın gözü bir daha Misir səhralarına çevrilib. Minlərlə illik səssizliyin pozulmasına çox az vaxt qalıb, vadi hər an yeni bir sirrini fısıldaya bilər…

Samir
 

0