Heç nə yaxınlaşa bilmir: ABŞ-ın "ən dağıdıcı" qırıcısı haqqında nə məlumdur?

DÜNYA
17:15 / 26.01.2026
86

ABŞ rəsmi şəkildə ilk altıncı nəsil amerikan qırıcısı olan “F-47”nin mühəndislik–istehsal mərhələsinə (EMD) start verib. ABŞ Hərbi Hava Qüvvələri bu çərçivədə “Next Generation Air Dominance” (NGAD) proqramı üzrə “Boeing” şirkəti ilə müqavilə imzalayıb.

Hit.az xəbər verir ki, bu barədə “Wionews” yazır.

Layihənin məqsədi ABŞ-a onilliklər boyu havada üstünlük təmin edə biləcək yeni nəsil pilotlu, radarlara az görünən qırıcının yaradılmasıdır.

“Dünyada heç nə onunla müqayisə oluna bilməz”

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ prezidenti Donald Tramp “F-47”ni “bütün dövrlərin ən dağıdıcı təyyarəsi” adlandırıb və onu ABŞ hərbi gücünün yeni etalonu kimi təqdim edib.

“Dünyada heç nə onun hətta yaxınına belə dura bilməz və o, "F-47" kimi tanınacaq”, deyə Tramp bildirib.

Prezident təyyarənin indeksinə də toxunaraq ad seçiminə ironik münasibət sərgiləyib.

“Onlar ona 47 adını verdilər. Əgər xoşuma gəlməsə, 47-ni ondan çıxararam”, deyə Tramp ABŞ-ın 47-ci prezidenti olmasına işarə edib.

“Boeing” ilə müqavilə və hazırlıq mərhələsi

“Boeing” ilə bağlanan müqavilə layihələndirmə, sınaqlar və məhdud sayda təyyarənin istehsalını əhatə edir. Gələcəkdə isə aşağı həcmli ilkin seriya istehsalına keçid imkanı nəzərdə tutulur. ABŞ HHQ-nin məlumatına görə, bu mərhələli yanaşma qabaqcıl texnologiyaların inteqrasiyasına və təyyarənin operativ hazır vəziyyətə gətirilməsinə imkan verir.

“F-47” uzaqmənzilli, çoxməqsədli qırıcı kimi hazırlanır və aşağıdakı xüsusiyyətlərə fokuslanır:

– yeni nəsil azgörünənlik texnologiyaları,
– sensor sistemlərinin inteqrasiyası,
– müasir raketlərlə böyük məsafələrdən zərbə endirmə imkanı,
– həm uzaq, həm də yaxın hava döyüşlərinin aparılması.

Təyyarənin modul arxitekturası sistemlərin tez yenilənməsinə şərait yaradır və onu gələcək təhdidlərə uyğunlaşdırır.

“F-22” üzərində üstünlük

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, “F-47” “F-22” ilə müqayisədə ciddi irəliləyişdir. Onun sözlərinə görə, yeni qırıcı:

– daha böyük uçuş məsafəsinə,
– daha yüksək azgörünənlik səviyyəsinə,
– daha yaxşı iqtisadi səmərəliliyə malik olacaq.

Gözlənilir ki, “F-47” ABŞ-ın qlobal güc nümayişinin əsas elementlərindən birinə və gələcək nəsillər üçün hava üstünlüyünün təminatçısına çevriləcək.

“F-47”nin əsası: X-plane sınaqları

“F-47”nin yaradılmasına aparan yol DARPA ilə əməkdaşlıq çərçivəsində hazırlanmış eksperimental “X-plane” təyyarələri ilə başlayıb. Bu platformalar yüzlərlə saat uçuş həyata keçirərək azgörünənlik texnologiyalarını, avtonom sistemləri və yeni əməliyyat konsepsiyalarını sınaqdan keçirib.

Bu testlər yeni qırıcının əsasını təşkil edən mürəkkəb texnoloji həllərin həm uçuş xüsusiyyətlərini, həm də inteqrasiya imkanlarını təsdiqləyib.

Samir
 

0