KİV: Çin bir neçə ildir Britaniya Baş nazirlərinin köməkçilərinin telefonlarını dinləyir

DÜNYA
17:14 / 27.01.2026
45

Çin illərdir Britaniya Baş nazirlərinin köməkçilərinin mobil telefonlarını dinləyib.

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadən yazıb.

Qəzetin məlumatına görə, Çin tərəfindən maliyyələşdirilən hakerlər 2021-ci ildən 2024-cü ilə qədər Boris Conson, Liz Truss və Rişi Sunakın köməkçilərinin mobil cihazlarını dinləyiblər. Qəzet onların baş nazirlərin telefonlarına daxil olub-olmadığını dəqiqləşdirmir.

Bu arada, ABŞ kəşfiyyat mənbələri "The Telegraph"a bildiriblər ki, Pekin Böyük Britaniyanın yüksək vəzifəli məmurlarına qarşı dinləmə əməliyyatını davam etdirir. Buna görə də, hazırkı Baş nazir Kir Starmer və onun müşavirləri də təhlükəyə məruz qala bilər.

Məqalədə qeyd olunur ki, hakerlər yüksək vəzifəli məmurların zənglərini dinləyə bilməsələr belə, nə vaxt və kimlə əlaqə saxladıqlarını aşkar edə biləcək məlumatlara daxil ola bilərdilər.

Samir
 

0