İspaniya xilasetmə gəmisi Rusiya neftini Mərakeşin Tanjer-Med limanına daşıdığına görə Avropa İttifaqı sanksiyalarına məruz qalan "kölgə donanması"nın "Chariot Tide" neft tankerini müşayiət edib.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İspaniya Ticarət Dənizçilik Departamentinin məlumatına istinadən yazıb.
İspaniya rəsmiləri "Chariot Tide" gəmisinin niyə saxlanılmadığını açıqlamayıb. "Reuters"ə göndərilən elektron poçtda tankerin 22 yanvarda mühərrikində nasazlıq yarandığı və nəticədə Almeriya bölgəsində Adradan 33 mil cənubda beynəlxalq sularda üzdüyü bildirilib.
Jurnalistlərin sözlərinə görə, "Chariot Tide" Mozambik bayrağı altında üzürdü və əvvəllər "Marabella Sun" kimi tanınıb. Tanker 2024-cü ilin noyabr ayından bəri Rusiyaya "qeyri-standart və riskli göndərmə metodlarından istifadə edərək" neft ixracına kömək etdiyinə görə Aİ-nin sanksiya siyahısındadır. Gəmi həmçinin Böyük Britaniyanın sanksiyalarına məruz qalır.
"Reuters" sənaye mənbələrinə və analitiklərə istinadən bildirib ki, "kölgə donanması"nın hazırda 1200 ilə 1600 arasında tankeri var. Nəşr bildirib ki, onlar Rusiyaya və Venesuela və İran kimi digər ölkələrə Qərb sanksiyalarından yayınmağa və neftlərini Çin və Hindistana satmağa kömək edirlər.
Samir


