İsveç Britaniya və Fransanın nüvə silahlarını ölkədə yerləşdirməyi müzakirə edir

DÜNYA
18:38 / 28.01.2026
41

Britaniya və Fransa İsveçdə öz nüvə qüvvələrini yerləşdirmə barədə ilkin danışıqlar aparır. 

HİT.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson bildirib.

“Hazırda həm Fransayla, həm də Birləşmiş Krallıqla davamlı danışıqlar aparırıq”, deyə baş nazir qeyd edib.

Baş nazirin sözlərinə görə, NATO-ya qoşulduqdan sonra İsveç alyansın bütün müzakirələrində, o cümlədən nüvə silahları ilə bağlı diskussiyalarda daha fəal iştirak etməyə başlayıb. Kristersson vurğulayıb ki, demokratik ölkələr “təhlükəli ölkələr” eyni silahlara sahib olduğu müddətdə nüvə silahlarına çıxış əldə etməlidirlər.

Qəzetin jurnalistləri danışıqlar faktını Britaniya Baş naziri Kir Starmerin nümayəndəsindən də təsdiq alıblar.

Yanvarın 10-da Finlandiyanın Milli-Mühafizəkar Partiyasının “Azadlıq Alyansı” üzvü Armando Mema bildirib ki, Finlandiya rəhbərliyi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsini gizli şəkildə nəzərdən keçirir. O əlavə edib ki, Rusiya ilə Finlandiya arasındakı münasibətlər “tarixin ən aşağı səviyyəsindədir” və yaxın gələcəkdə yaxşılaşmayacaq.

Samir

0