Qrenlandiya ilə bağlı ABŞ-la qarşıdurmadan sonra Avropa liderləri ABŞ-ın NATO-dan çıxması kimi "ağlasığmaz" variantı nəzərdən keçirməyə məcburdurlar.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, bu, əksər ittifaq üzvləri üçün "son dərəcə həssas mövzu" olaraq qalır, lakin bəzi Avropa rəsmiləri qitənin təhlükəsizlik arxitekturasının daha aktiv müzakirəsinə təkan verməyə başlayıblar.
FT yazır ki, Şimali Atlantika Alyansı yarandığı gündən bəri "etibar oyununa" əsaslanıb və ABŞ da daxil olmaqla hər bir üzvün hücum halında müttəfiqlərini müdafiə etməyə hazır olmasını gözləyir. Lakin bu etimad "Donald Trampın NATO-nun faydalılığına dair təkrarlanan şübhələri və Amerikanın qarşılıqlı müdafiə öhdəliklərindən imtina etməsi" ilə sarsılıb. Vəziyyət yanvar ayında cənab Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri ilə daha da pisləşib.
ABŞ-ın Alyansdakı keçmiş daimi nümayəndəsi İvo Daalder hesab edir ki, ABŞ prezidentinin təhdidləri alyansın 77 illik tarixində ən dərin böhrana səbəb olub. Müdafiə və Kosmik Komissar Andrius Kubilius qəzetə verdiyi açıqlamada bildirib ki, "Bütün bu (Amerika) imkanlarını maddi baxımdan, yəni maddi müdafiə hazırlığı adlandırdıqları şəkildə necə əvəz edəcəyimizə dair aydın bir strategiyaya ehtiyacımız var".
Aİ-nin Xarici Siyasət Rəhbəri Kaja Kallas bildirib ki, ABŞ və Aİ arasındakı münasibətlər "ciddi zərbə alıb". Yanvarın 22-də Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar zamanı Qrenlandiya ilə bağlı plana razılıq verib və bu planın təfərrüatları ictimaiyyətə açıqlanmayıb.
Samir

