Qədim Misir mumiyalarının sirləri onların qoxularında gizlənirmiş

DÜNYA
17:30 / 29.01.2026
47

Antik Misirdə mumyalama ənənəsi təxminən 4 500 il əvvəl, Qədim Krallıq dövründə populyarlaşıb və Roma dövrünə qədər fasiləsiz davam edib. Bu uzun müddət ərzində istifadə olunan maddələr də dəyişkən olub: bitki yağlarından heyvan yağlarına, ağac qatranlarından bal mumuna qədər müxtəlif komponentlər dövrün ruhuna uyğun olaraq dəyişib. 

HİT.az xəbər verir k, tədqiqatçılar mumyaların yaydığı uçucu üzvi birləşmələri analiz edərək, bu həssas tarixi nümunələrə zərər vermədən hansı dövrə aid olduqlarını müəyyən etməyi bacarıblar. Bu üsul, ənənəvi metodların əksinə, mumyanın toxumasına toxunmadan, yalnız ətrafındakı havanı “qoxlayaraq” məlumat əldə etməyə imkan verir.

Aparılan testlər eramızdan əvvəl 2000-ci ildən eramızın 295-ci ilinə qədər geniş bir zaman dilimini əhatə edir. Nəticələr olduqca maraqlıdır: eyni dövrdən gələn mumyalar demək olar ki, eyni qoxu profillərinə sahibdir. Məsələn, Yeni Krallıq, Ptolemey və Roma dövrlərinə aid mumyalarda xam neftdən əldə edilmiş bitum maddəsinin izlərinə rast gəlinir, daha qədim dövrlərə aid mumyalarda isə bu maddə yoxdur. Bal mumu miqdarı və istifadə olunan yağ növlərindəki fərqliliklər qoxunun xarakterini tamamilə dəyişərək hər dövr üçün unikal bir imza yaradır.

Belə ki, alimlər tərkibindəki yağların tam növünü bilmədən də yalnız qoxu molekullarına baxaraq mumyanın hansı sülalə dövründə sarıldığını söyləyə bilirlər. Hətta mumyanın yaşından çox, onun qoxu profilini müəyyən edən əsas amilin həmin dövrə xas mumyalama texnikaları olduğu müəyyən edilib. Son dövrdə aparılan oxşar tədqiqatlarda “şirin”, “ədviyyatlı” və “ağac notlu” aromaların da mövcudluğu aşkar edilib.

Bu son araşdırma göstərir ki, qoxuların analizi tarixdəki ən sirli mərasimlərdən biri olan mumyalamanın sirlərini açmaq üçün sürətli, asan və tahribatsız bir üsul kimi tətbiq oluna bilər.

Samir

0