Ən dadlı və ən dadsız yeməklərə malik ölkələrin reytinqi açıqlanıb.
HİT.az xəbər verir ki, reytinqi “World Population Review” resursu dərc edib.
Yunan mətbəxi yenidən dünyanın ən dadlı mətbəxi seçilib. İlk üçlükdə Yunanıstanla yanaşı, İtaliya və Meksika da yer alıb. Onların ardınca Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin qərarlaşıb. Cari ildə məhz bu ölkələrin mətbəxləri ən yüksək qiymətləri alıb.
Qeyd olunur ki, TOP-10 siyahısı 2024-cü illə müqayisədə demək olar ki, dəyişməyib.
Resursun məlumatına görə, ən dadsız yeməklər Nikaraqua, Laos və Boliviyada hazırlanır. Reytinqdə yer alan 99 ölkə arasında bu dövlətlər siyahının son üç pilləsində qərarlaşıb.
Samir


