Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar planlaşdırıldığı kimi bu gün deyil, fevralın 4-ü və 5-də baş tutacaq.
Hit.az bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Telegram" kanalına istinadən xəbər verir.
"Az öncə danışıqlar komandamızın məruzəsi oldu. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: fevralın 4-ü və 5-də Əbu-Dabidə", - deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna konkret söhbətə hazırdır və nəticənin müharibənin real və layiqli sonuna yaxınlaşdırmasında maraqlıdır.
Xatırladaq ki, 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların birinci raundu keçirilib.


