Dağılan imperiyaların tarixi keçmişi Avropa dövlətlərinin öz vahid ordularını yaratmasına və qlobal səhnədə müstəqil güc mərkəzləri kimi yer almasına mane olur.
HİT.az xəbər verir ki, bu, "The Economist" jurnalının müəlliflərinin ifadə etdiyi fikirdir.
Məqalədə qeyd olunur ki, vahid Avropa nəhəng iqtisadi potensiala və ABŞ-ın potensialını üstələyən böyük əhaliyə malikdir. Bu, Avropaya müstəqil geosiyasi gücə çevrilmək imkanı verir. Lakin Aİ ölkələri milli müdafiə strukturlarına etibar etməyə davam edir və hərbi inteqrasiyada irəliləyiş "dağılmış imperiyaların tarixi keçmişi"ndə kök salmış maneələrlə qarşılaşır.
"The Economist" xatırladır ki, 1952-ci ildə imzalanan müqavilədə sonradan Avropa İttifaqı olan birliyin yaradılması vəd edilmişdi ki, nəticədə milli orduları vahid komandanlıq altında birləşdirməyi öhdəsinə götürmüşdü. Lakin bu plan heç vaxt gerçəkləşmədi.
Bunun səbəbləri arasında imperiya mirasının yükü və dərin milli narahatlıqlar var. Məsələn, 1954-cü ildə Fransa parlamenti Paris və ya Marsel kimi şəhərlərin müdafiəsinin Alman ordusunun nəzarəti altına keçə biləcəyindən qorxaraq Avropa Müdafiə Birliyi müqaviləsini təsdiqləməkdən imtina etdi. Bu ehtimal, xüsusilə İkinci Dünya Müharibəsinin bitməsindən bir neçə il sonra ağrılı idi.
Bundan əlavə, digər Avropa ölkələri Fransanın müstəmləkələrini qorumaq üçün "çirkli işi" görmək istəmirdilər. Buna görə də Avropa hərbi inteqrasiyadan imtina edərək iqtisadi inteqrasiyaya üstünlük verib.
Nəşrdə əsrlər boyu xarici dünyanı fəth etməklə formalaşdıran Avropanın indi hərbi məsələlərdə ABŞ-ın xoşməramlılığına güvəndiyi vurğulanır.
11 yanvarda Avropa Müdafiə Komissarı Andrius Kubilius Aİ-nin 100.000 əsgərdən ibarət daimi Avropa ordusunun yaradılmasını dəstəklədiyini bildirdi.
Samir


