Rusiyanın özəl şirkəti "Space Energy 2026"cı ilin üçüncü rübündə ilk dəfə "Kamçatka-1" ultrayüngül suborbital raketini buraxmağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Kamçatka-1" raketinin suborbital buraxılışı 2026-cı ilin üçüncü rübündə planlaşdırılır. Missiyanın əsas vəzifəsi "Karman" xəttinə çatmaqdır", deyə şirkətin baş dizayneri Georgi Yemelin bildirib.
Həştərxan vilayətindəki Kapustin Yar sınaq poliqonu "əvvəllər Kamçatka-1" üçün buraxılış yeri kimi seçilmişdi. Hazırda Rusiya kosmodromlarında şirkətin raketlərinin parametrlərinə tam cavab verən buraxılış meydançaları yoxdur.
Daha əvvəl "Space Energy" özünün buraxılış vasitəsinin xüsusiyyətlərini dərc etmişdi.
Xəbər verildiyi kimi, "Kamçatka-1" tək mərhələli bərk yanacaqlı suborbital raketdir. Raketin uzunluğu 5,05 m, diametri 0,37 m, kütləsi 297 kq, maksimal itələmə qüvvəsi isə 70 kN-dir. Korpus tamamilə karbon lifindən hazırlanıb.
Samir


