Almaniyadan Rusiyaya sanksiyalı malların qanunsuz tədarükü ilə bağlı araşdırmada yeni detallar üzə çıxıb.
HİT.az xəbər verir ki, Almaniyanın Federal Prokurorluğunun məlumatına görə, yüklərin alıcıları arasında Avropa İttifaqının sanksiyaları altında olan 24 müdafiə şirkəti olub.
Bundan əlavə, istintaq hesab edir ki, sxemin arxasında Rusiya tərəfdən dövlət strukturları dayana bilər, Almaniya ərazisində isə əməliyyatlarda Lübek şəhərindən ən azı daha bir şirkət iştirak edib.
Şəbəkənin mərkəzində Lübekdə yerləşən “Global Trade” şirkəti olub. Bu gün səhər saatlarında polis, gömrük və prokurorluq əməkdaşları şirkətin ofislərində və anbarlarında axtarışlar aparıblar. Əməliyyatlar və saxlanmalar Lübekdə dörd ünvanda, eləcə də Frankfurt-na-Mayne və Nürnberq daxil olmaqla digər şəhərlərdə həyata keçirilib.
İstintaqın məlumatına görə, sxemin ehtimal olunan təşkilatçısı “Global Trade” şirkətinin icraçı direktoru olmuş, Rusiya və Almaniya vətəndaşlığına malik 38 yaşlı Nikita S.-dir. Ümumilikdə beş saxlanılan şəxsin adı çəkilir.
İstintaq dəqiqləşdirir ki, söhbət təkcə klassik hərbi təyinatlı mallardan getmir. Tədarük edilən məhsullar arasında ikili təyinatlı məhsullar — elektronika və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə üçün kritik əhəmiyyət daşıyan komponentlər də olub.
Samir

