Xarici qoşunlar sülh sazişi imzalandıqdan dərhal sonra Ukraynada yerləşdirilə bilər.
HİT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Ukraynanın Ali Radasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sülh razılaşması bağlanan kimi buna razılaşan NATO ölkələrindən quru qoşunları, havada təyyarələr və dənizdə dəstək dərhal təmin olunacaq.
Yanvarın 6-da Fransa, Böyük Britaniya və Ukrayna prezidentləri Parisdə atəşkəsdən sonra fransız və britaniyalı qoşunların yerləşdirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar.
Yanvarın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “istəklilər koalisiyası”nın Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannaməsi ölkənin daha da militarizasiyasına yönəlib. Onun sözlərinə görə, Qərb ölkələrinin hərbi bölmələrinin Ukraynada yerləşdirilməsi Rusiya tərəfindən birbaşa təhlükəsizlik təhdidi kimi qiymətləndiriləcək və bu obyektlər Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflərə çevriləcək.
Fevralın 1-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ukraynanın hərbi potensialının məhdudlaşdırılmasının vacibliyini vurğulayıb və bu məsələni ölkənin Avropa İttifaqına sürətlə qəbul edilməsi planları ilə əlaqələndirib.
Samir


