Rusiya ordusu 2026-cı ildə nə qədər texnika alacaq?

DÜNYA
19:58 / 04.02.2026
48

2026-cı ildə Rusiya ordusuna 310 mindən çox texnika nümunəsinin və təxminən 21 milyon məhvetmə vasitəsinin tədarükü planlaşdırılır. 

HİT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov silah və hərbi texnika istehsalına həsr olunmuş müşavirə zamanı məlumat verib.

“Yanvar ayında artıq 10 mindən çox silah-sursat vahidi və təxminən 2 milyon məhvetmə vasitəsi daxil olub”, deyə Belousov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi istehsal dövrü uzun olan texnikalar üzrə 2027-ci il tədarükləri üçün müqavilələrin yerləşdirilməsinə artıq başlayıb. Komplektləşdirici hissələrin vaxtında alınması məqsədilə hərbi-sənaye kompleksi müəssisələrinə büdcə vəsaitləri daxil olmadan əvvəl dayaq bankının kredit vəsaitlərindən istifadə etməyə icazə verilib.

Xatırladaq ki, ilin sonunda Rusiya prezidenti Vladimir Putin 2022-ci ildən bəri “xüsusilə tələbat olan” silah və hərbi texnika nümunələrinin istehsalında artım barədə danışmışdı. Onun sözlərinə görə, Rusiyada zirehli tank texnikasının istehsalı 2,2 dəfə, yüngül zirehli texnikanın (BMP, BTR) istehsalı isə 3,7 dəfə artıb. Aviasiya texnikasının istehsalının isə bu dövrdə guya 4,6 dəfə yüksəldiyi iddia olunur.

Samir
 

0