Müdafiə qüvvələrinin arsenalında dron-kəsicilərin (interceptor dronlar) появ olması bu silah seqmentində texnoloji yarışı sürətləndirib: ruslar öz “Şahed”lərini kəsicilərdən qorumaq yolları axtarır, ukraynalılar isə bunun qarşısını almağa çalışırlar.
HİT.az xəbər verir ki, bu barədə “Business Insider” yazır.
“Dron-kəsicilər ötən il Ukraynanın güclənən Rusiya hücumlarından müdafiəsi üçün istifadə etdiyi vacib və ucuz alətə çevrilib. Bəzi Ukrayna kəsici dronları cəmi 2 500 dollara başa gəlir – bu isə döyüş meydanındakı təyinatından asılı olaraq 10 000–100 000 dollar arasında qiymətləndirilən Rusiya dronlarının dəyərinin yalnız bir hissəsidir”, deyə nəşr qeyd edir.
Bildirilir ki, rus tərəfi Ukrayna kəsici dronlarını səmərəsiz etmək üçün daim yeni üsullar axtarır. Bunun üçün onlar PUA-ları daha sürətli və daha yüksəkdən uçacaq şəkildə modifikasiya edir, kəsicilərin yaxınlaşmasını vaxtında görmək üçün arxa görüntü kameraları quraşdırır və s. Bu dəyişikliklər Ukraynanın müdafiə sənayesini də uyğunlaşmağa məcbur edib.
Qərb hərbi rəsmilərinə və Ukrayna təşkilatlarına istinadən “Business Insider” yazır ki, kəsici dronlar ötən il minlərlə Rusiya pilotsuz aparatını vurub. NATO-da isə bu texnologiyanın ucuz hava hücumundan müdafiə vasitəsi kimi uğuru qeyd olunur.
“Diki Şerşni” şirkətində xarici dəstək koordinatoru Aleks Roslin nəşrə bildirib ki, dronların modernizasiyası prosesi hər gün və istehsalın bütün səviyyələrində – ayrı-ayrı komponentlərin təkmilləşdirilməsindən yeni sistemlərin tətbiqinədək – davam edir.
Ukrayna Ərazi Müdafiə Qoşunlarının mobil hava hücumundan müdafiə bölməsinin komandir müavini Alekseyin sözlərinə görə, Ukrayna dron istehsalçıları arasında yüksək rəqabət var və bu da onları Rusiya təhdidlərinə daha effektiv cavab vermək üçün məhsullarını daim təkmilləşdirməyə sövq edir.
İrpin şəhərinin səmasının qorunmasına cavabdeh olan Alekseyin bölməsi əvvəllər pikaplara quraşdırılmış M2 Browning ağır pulemyotlarına güvənirdi. Lakin ötən il hərbçilər saatda 300 kilometrədək sürətlə uça və 6 000 metr hündürlüyə qalxa bilən dron‑kəsiciləri mənimsəməyə başlayıblar.
Döyüşçünün sözlərinə görə, onların istifadə etdiyi kəsici dron modeli hər altı aydan bir birbaşa əsgərlərin rəyləri əsasında yenilənir.
Samir


