"ABŞ İrana zərbə endirəcək" - ŞOK AÇIQLAMA

DÜNYA
13:56 / 06.02.2026
141

ABŞ İranla danışıqlardan əvvəl sürpriz bir addım atıb.

Belə ki, ABŞ-nin İrandakı virtual səfirliyi oradakı vətədanşlarına çağırış edib. İrandakı vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb və hökumətin yardımına güvənməməyi tövsiyə edib. Üstəlik, Amerikanın xəbərdarlığında ölkədə artan iğtişaşlar, rabitə məhdudiyyətləri və qeyri-müəyyən nəqliyyat şəraiti səbəbindən təhlükəsizlik risklərinin yüksəldiyi vurğulanıb. 

Maraqlıdır, ABŞ-nin bu çağırışına səbəb nədir? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ-nin İrana zərbə vurmaq ehtimalı hələ də yüksək olaraq qalır:

391394

"Çünki tərəflər arasında bir çox prinsipial məsələlərdə yenə də fikir ayrılığı var. Xüsusilə, İranın nüvə və raket proqramından imtina etməsi kimi məsələləri nəzərə almaq lazımdır.  Düzdür, bu gün Omanda ABŞ ilə İran arasında danışıqlar başlayıb. Lakin bu danışıqların real nəticə verəcəyi ilə bağlı şübhələr var. Hesab edirəm ki, tərəflər arasındakı danışıqlar uğursuzluqla nəticələnsə, yaxın zamanlarda ABŞ İrana zərbə endirə bilər. Məlum çağırış da bunu deməyə əsas verir".

Günel

0