"USS Texas" ABŞ-ın yeganə sağ qalmış döyüş gəmisidir ki, həm I, həm də II dünya müharibələrində iştirak edib. Gəmiyə dörd illik genişmiqyaslı bərpa işlərindən sonra yeni daimi baza veriləcək. Yenilənmiş muzey 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəllərində ziyarətçilərə açılacaq.
HİT.az bu barədə "Slash Gear"ə istinadən xəbər verir.
"USS Texas" ABŞ-da 1948-ci ildən bərpa edilmiş ləngər muzeyi kimi fəaliyyət göstərib, lakin açıq hava şəraitində onilliklər boyu istifadə olunması gəminin gövdəsinin ciddi şəkildə köhnəlməsinə səbəb olub. 2022-ci ildə gəmi quru dokuna köçürülüb və ölkə tarixində ən böyük dəniz hərbi abidə bərpa layihələrindən biri başlanıb. İşlərin dəyəri 75 milyon dolları ötüb.
Bu müddət ərzində mütəxəssislər 700 tondan çox poladı dəyişdirib, taxta döşəməni bərpa ediblər, su basma təhlükəsi yaradan struktur defektləri aradan qaldırıblar və gəminin İkinci dünya müharibəsi dövrü görünüşünü qaytarıblar. Bərpa işləri ümumilikdə 400 mindən çox iş saatı tələb edib.
1914-cü ildə New York sinfinin “superdrednotu” kimi istifadəyə verilən USS Texas Birinci dünya müharibəsində Şimal dənizində xidmət edib, Normandiyada alyans qoşunlarının enişini dəstəkləyib, İvodzima və Okinava döyüşlərinə qatılıb və müharibədən sonra "Magic Carpet" əməliyyatı çərçivəsində ABŞ hərbçilərini evlərinə qaytarıb.
Yeni məskən – Galveston limanında 15-ci mol – yalnız gəminin daimi bağlanmasını deyil, həm də müasir muzey infrastrukturu tikintisini nəzərdə tutur. Gözlənilir ki, yenilənmiş USS Texas Meksika körfəzinin sahilində hərbi-tarixi turizmin əsas obyektlərindən birinə çevriləcək, USS Lexington təyyarədaşıyan muzeyi ilə birlikdə Korpus-Kristidə yerləşəcək.
Samir

