2011-ci ildə Yaponiyanı sarsıdan, on minlərlə insanın həyatını itirməsinə və “Fukuşima” nüvə faciəsinə səbəb olan dağıdıcı zəlzələnin arxasındakı sirr nəhayət aydınlaşır. Elmi ictimaiyyəti illərdir məşğul edən “Bu zəlzələ niyə bu qədər dağıdıcı oldu?” sualına cavab axtaran geoloqlar okean dibinin dərinliklərində gizlənmiş təəccüblü bir detal kəşf ediblər.
HİT.az-ın məlumatına görə, teni tədqiqat göstərir ki, faciənin şiddətini artıran əsas amil yer qabığının dərinliyində yerləşən və demək olar ki, “buz pisti” funksiyası daşıyan nazik, sürüşkən gil qatıdır. Adi hallarda böyük zəlzələlər tektonik lövhələrin bir-birinə sürtünərək enerji toplaması və bu enerjinin birdən boşalması ilə baş verir.
Lakin 2011-ci il zəlzələsi müasir ölçmə tarixinin dördüncü ən güclü zəlzələsi kimi qeydə alınmasına baxmayaraq, mövcud modellərin əksəriyyətinə uyğun gəlmirdi. Bu vəziyyəti araşdırmaq istəyən tədqiqat qrupu 2024-cü ildə “Chikyu” adlı qazma gəmisilə Yaponiyadan dərinlərə doğru yola çıxdı. Təxminən 8 min metr dərinlikdən, lövhələrin birləşdiyi nöqtədən nümunələr götürən komanda, bu müddətdə dünyanın ən dərin elmi okean qazma rekordu da qırdı.
Əldə edilən nümunələrin analizi göstərdi ki, zəlzələnin təsiri düşündüyümüzdən daha spesifik bir nöqtədə cəmləşib. Zəlzələnin mərkəzində, 130 milyon il ərzində mikroskopik hissəciklərin okean dibinə çökməsi ilə yaranmış təxminən 25–30 metr qalınlığında qədim bir gil qat mövcuddur. Professor Ron Hackney-nin açıqlamasına görə, bu zəif gil qatı üstündəki və altındakı sərt qayalardan arasında sıxışmış vəziyyətdədir. Sakit Sakit Okean lövhəsi ildə təxminən 10 santimetr sürətlə Yaponiyanın altına doğru sürüşərkən, bu gil qatı təbii “çöküş xətti” rolunu oynayıb.
Əsas təəccüblü məqam isə, bu nazik qatın yaratdığı hərəkətin böyük ölçüsüdür. Bir neçə santimetr qalınlığında olan qırılma təbəqəsi fay xətti boyunca 50–70 metr sürüşmə yarada bilib. Bu ani hərəkət okean dibini metrərlə yuxarı qaldıraraq ölümcül tsunamiyə səbəb oldu. Normal modellər ən böyük hərəkətin fay xəttinin ən dərin hissələrində olacağını proqnozlaşdırırdı, lakin bu sürüşkən gil qatı sayəsində qırılma, lövhələrin ən səthi nöqtəsində belə dayandırıla bilməz bir güc qazandı.
Bu kəşf yalnız keçmişi izah etmir, həm də gələcək fəlakətlər üçün erkən xəbərdarlıq sisteminin təməlini qoyur. Oxşar zəif gil qatlarının “Sumatra” kimi digər riskli bölgələrdə də ola biləcəyi düşünülür. Əgər bu nəzəriyyə təsdiqlənərsə, hansı fay xətlərinin “gözlənilməz” gücdə partlaya biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olacaq. 2011-ci ildə hökumətlərin sahil divarlarının hündürlüyü ilə bağlı fikir ayrılıqları minlərlə cana mal olmuşdu, lakin yerin minlərlə metr dərinliyindəki bu kiçik detalın anlaşılması gələcəkdə daha doğru müdafiə xətləri qurmağa imkan verəcək.
Samir


