Ukraynadakı müharibə iyuna qədər bitə bilər? - ŞƏRH

DÜNYA
13:15 / 10.02.2026
46

ABŞ administrasiyasında və ümumiyyətlə Amerika siyasətində müharibənin həlli üçün vaxt çərçivəsi ilə bağlı fərqli fikirlərə malik müxtəlif təsir qrupları mövcuddur. 

HİT.az xəbər verir ku, bunu Ukraynanın keçmiş xarici işlər naziri və analitik Pavlo Klimkin LIGA.net saytına verdiyi müsahibədə bildirib.

Klimkin qeyd edib ki, ABŞ administrasiyasında və ümumilikdə Amerika siyasətində müxtəlif təsir qrupları mövcuddur və onlar müharibənin nizamlanması üzrə vaxt məhdudiyyətləri barədə fərqli fikirlər irəli sürürlər. Buna görə də, Klimkin hesab edir ki, Rusiya-Ukrayna müharibəsində döyüşlərin iyun ayına qədər dayandırılması üçün qoyulan “deadline” vacibdir, amma ABŞ prezidenti Donald Tramp üçün həyati deyil.

“Bəziləri üçün noyabrda keçiriləcək aralıq seçkilər önəmlidir. Hazırda görünür ki, Konqresdə (Nümayəndələr Palatasında) demokratlar üstünlük qazana bilər. Bu, hələ Tramp üçün fəlakət deyil. Amma əgər o, Senatda da uduzsa… Hələlik belə görünmür, amma bu ehtimal istisna deyil, ətrafında çox spekulyasiyalar var”, deyə Klimkin izah edib.

Onun fikrincə, ABŞ prezidenti Rusiyanın Ukraynadakı müharibəsindən çəkilməyəcək, çünki onun üçün həyati önəmli məsələlər yalnız Ukrayna və Yaxın Şərqdir.

Klimkin əlavə edib ki, yalnız bu müharibələr Trampın “eqosu və siyasi mirasını” təmin edə bilər. Eyni zamanda, bu ona demokratlardan və ya “ümumiyyətlə dünya işlərinə qarışmaq istəməyən” respublikaçılardan gələn tənqidlərdən qorunmağa imkan verir.

Keçmiş nazir qeyd edib ki, atəşkəsin iyuna qədər olması məntiqlidir: əgər bu ay müsbət hadisə baş verərsə, bu, seçki kampaniyasının aktiv mərhələsində “daha bir böyük uğuru nümayiş etdirmək” üçün istifadə oluna bilər.

“Bu vaxt məhdudiyyəti Tramp üçün prezident və seçki qalibi kimi həyati dərəcədə vacibdir? Hazırda belə hiss etmirəm. Vacibdir, amma həyati deyil”, deyə Klimkin əlavə edib.

O, həmçinin atəşkəsin mümkün olduğunu istisna etməyib, amma müharibənin davamlı bitəcəyinə inanmır.

Samir
 

0