Fransa prezidenti Emmanuel Makron “Financial Times” qəzetinə müsahibəsində ABŞ-dakı həmkarı Donald Trampın Avropa İttifaqını «parçalamaq» niyyətində olduğunu bildirib.
HİT.az xəbər verir ki, Makronun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası açıq şəkildə anti-Avropa mövqeyi tutur, Avropa İttifaqına münasibətdə hörmətsizlik nümayiş etdirir və onun parçalanmasını istəyir.
"Əgər bizə qarşı açıq aqressiya göstərilirsə, düşünürəm ki, baş əyməməli və ya razılaşma əldə etməyə çalışmamalıyıq", deyə Makron vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqı aylar ərzində bu cür strategiyaya sadiq qalıb, lakin bu yanaşma nəticə vermir.
Samir

