Makron: Avropa heç nə etməsə, beş il ərzində yer üzündən silinəcək

DÜNYA
20:00 / 10.02.2026
45

Avropa yalnız özünə güvənə biləcəyi bir mərhələyə qədəm qoyub.

HİT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bunu Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.

O, avropalıların ümidsiz olduğunu və artıq ABŞ-ın nə qədər irəli getməyə hazır olduğunu anlamadıqlarını bildirib. Makron izah edib ki, bu, yalnız Qrenlandiya ilə bağlı deyil.

"Əgər biz heç nə etməsək, Avropa beş il ərzində yer üzündən silinəcək", deyə o, əlavə edib və bildirib ki, Qrenlandiyadakı vəziyyət Avropanın təhlükə altında olduğunu göstərib.

Bu həftə ABŞ prezidenti Donald Tramp yenidən özünün Truth Social səhifəsində neyron şəbəkəsi şəklini paylaşıb və Qrenlandiya, Kanada və Venesuelanı ABŞ-ın bir hissəsi kimi göstərir.

Şəkildə Fransa prezidenti və Böyük Britaniya Baş naziri Kir Starmer də daxil olmaqla, Avropa liderləri ABŞ-dan yeni ilhaq edilmiş əraziləri göstərən xəritəyə baxırlar.

Samir

0