“Roskomnadzor” (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) Rusiyada teleqram mesencerinə qarşı məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.
Hit.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlərin tətbiqinə elə bu gün başlanacaq. Artıq səhm bazarı da bu xəbərə reaksiya verib. Belə ki, digər sosial şəbəkə olan “VKontakte”nin (VK) səhmləri 10 dəqiqə ərzində 3%-dən çox bahalaşıb.
Qeyd edək ki, rusiyalı istifadəçilər artıq ikinci gündür teleqramın işindəki nasazlıqlardan şikayətlənirlər. Belə ki, istifadəçilər mediafaylların yüklənməsi və mesajların göndərilməsində problemlərin olduğunu bildirirlər.

