Macarıstanın baş naziri Viktor Orban deyib ki, Brüssel və Ukrayna Budapeştə müharibə elan edib. Bu isə Politico nəşrinin Ukraynanın "Avropa İttifaqına qabaqcadan qəbul olunması" ideyası barədə yayımladığı materialdan sonra baş verib.
HİT.az xəbər verir ki, məqalədə həmçinin Avropanın Macarıstanın veto hüququ məsələsini necə həll edəcəyi qeyd olunub.
Orban X sosial şəbəkəsində yazıb: "Brüsselin elitalarının rəsmi nəşri "Politico" Brüssel və Kiyevin son hərbi planını, Zelenskiyə aid 5 maddəlik planı yayımlayıb. Onlar qərar veriblər ki, Ukrayna artıq 2027-ci ildə Avropa İttifaqına qəbul ediləcək. Bu yeni plan Macarıstana qarşı açıq müharibə bəyanıdır. Onlar Macarıstan xalqının qərarını nəzərə almır və Macarıstan hökumətini hər vasitə ilə aradan qaldırmaq əzmindədirlər".
Macarıstan baş naziri əlavə edib ki, Aİ və Ukrayna hakimiyyətə “Tisa” partiyasının gəlməsini istəyir, çünki o zaman veto, müqavimət və onların konfliktindən çəkinmə ortadan qalxacaq.
Orban vurğulayıb: "Bu apreldə seçki məntəqələrində Macarıstan xalqı onları dayandırmalıdır. 'Fides' Macarıstanı Brüssel hakimiyyətindən qoruyan yeganə qüvvə və Macarıstan suverenliyinin yeganə təminatıdır".
Samir


