ABŞ sülh müqaviləsi olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyəcək

DÜNYA
20:39 / 13.02.2026
46

Moskva və Kiyev sülh sazişi əldə edənə qədər ABŞ Ukraynanın müdafiəsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı yekunlaşdırmayacaq. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" yüksək vəzifəli ABŞ rəsmisinə və iki Avropa rəsmisinə istinadən məlumat verib.

Yüksək vəzifəli şəxs bildirib ki, Rusiya ərazi tələblərində israr etdiyi və Ukraynanın geri çəkilməkdən imtina etdiyi üçün razılaşma çıxılmaz vəziyyətə düşüb. ABŞ prezidenti Donald Tramp zəmanət sazişindən ukraynalı həmkarı Volodimir Zelenskiyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmır, deyə rəsmi vurğulayıb. 

"Tramp sadəcə sənədi imzalamaq istəmir. Əgər bu, gələcək sülh danışıqlarına mane olarsa, onda bunun mənası nədir?", deyə Ağ Evin sözçüsü bildirib.

3 fevralda NATO-nun baş katibi Mark Rutte sülh sazişi imzalandıqdan sonra ABŞ-ın respublikaya xarici qoşunlar yerləşdirəcəyinə söz verib. Ukrayna tərəfi ərazi güzəştləri edərsə, ABŞ Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

ABŞ, Rusiya və Ukrayna arasında Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə baş tutub. İkinci raunddan sonra tərəflər Rusiya və Ukrayna arasında 314 hərbi əsir mübadiləsi barədə razılığa gəliblər. Ərazi məsələsi həll olunmamış əsas məsələ olaraq qalır.

Samir

0